20:08 / 06-05-2026
190 karatlıq almaz tapılıb
01:11 / 06-05-2026
Sənət dastanı
Bütün xəbərlər
“Bu qədər maliyyə hardan ayrılsın?!”
Tarix: 28-12-2020 13:13 | Bölmə: Sosial

                  “Bu qədər maliyyə hardan ayrılsın?!”


“Bayaqdan müzakirələrə qulaq asıram. Deputat həmkarlarım büdcədən müəyyən yerlərə maliyyə ayrılmasını xahiş edir. Biri deyir kanalizasiyaya bu qədər, digəri isə deyir ki qazlaşdırmaya bu qədər ayrılsın. Biz yeni müharibədən çıxmış dövlətik. Deyə bilərsinizmi ki, hardan ayrılsın?!”
“Qafqazinfo” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edən deputat Aqil Abbas bildirib. 
Deputat qeyd edib ki, dövlət lazım olan yerlərə maliyyə ayırır: “Şəhid ailələri, qazilərimizin problemləri dövlət tərəfindən aradan qaldırılır. Düşünürəm ki, indiki halda bunlar daha əsasdır. Hər şeyə maliyyə ayrılmasını istəyirik. Danışanda deyin ki, hardan alaq. Bəlkə hökumət bilmir, siz mənbəni bilirsiniz? Xaricdən borcmu alaq?!”.



Baxış sayı: 1 083


Bölməyə aid digər xəbərlər
16-04-2026, 22:37 105 yaşında vəfat edib