12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
190 manat üçün təkrar müraciətə ehtiyac yoxdur
Tarix: 25-12-2020 12:56 | Bölmə: Sosial

               190 manat üçün təkrar müraciətə ehtiyac yoxdur


“Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara yaşayış minimumu həcmində birdəfəlik ödəmənin (190 manat) verilməsiylə bağlı qərar qəbul olunub. Bu ödənişi almaq üçün vətəndaşların təkrar müraciət etməsinə ehtiyac yoxdur”. 
Bu barədə “Qafqazinfo”ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 
Bildirilir ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, birdəfəlik ödəmə cari ilin ötən dövründə bu ödəməni almış şəxslərə təsdiq edilmiş qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra ödənəcək: “Ödəməni almaq üçün həmin vətəndaşların təkrar müraciətinə ehtiyac yoxdur. Ödəmə birdəfəlik şəkildə həyata keçiriləcək və banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək. Vəsait köçürüldükdən sonra bu barədə vətəndaşlara sms vasitəsilə rəsmi bildiriş göndəriləcək”.
Bu növbəti birdəfəlik ödəmə proqramının 600 minə yaxın şəxsi əhatə edəcəyi proqnozlaşdırılır.



Baxış sayı: 354


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu