12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Kamil Zeynallı vaxtından əvvəl azadlığa çıxdı
Tarix: 22-12-2020 22:41 | Bölmə: Sosial

                    Kamil Zeynallı vaxtından əvvəl azadlığa çıxdı


Tanınmış fitness məşqçisi Kamil Zeynallı vaxtından əvvəl azadlığa buraxılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, o, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə azadlğa çıxıb.
Qeyd edək ki, Kamil Zeynallı dekabrın 14-də Göygöl rayonu ərazisində işğaldan azad edilən ərazilərə getməyə cəhd etmişdi. Lakin həmin vaxt ona ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən icazə verilməmişdi. Polisin qanuni tələbinə tabe olmayan K.Zeynallı saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilmişdi. Həmin gün məhkəmənin qərarı ilə Kamil Zeynallıya 30 sutka inzibati həbs verilmişdi.
Qeyd edək ki, Kamil Zeynallı ötən ilin mart ayında xırda xuliqanlığa görə, 2020-ci ilin may ayında karantin rejimini pozduğu üçün, oktyabr ayında isə Azərbaycan Ordusunun yerdəyişməsi zamanı hərbi texnikaları videoya çəkərək yaydığı üçün saxlanılıb və hər birində 10 sutka həbs edilib.



Baxış sayı: 380


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu