12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Hamiliyə götürülən tələbələrə elmi-praktik seminar keçirilib
Tarix: 21-12-2020 15:14 | Bölmə: Sosial


AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin “Tarix” ixtisası üzrə III kurs tələbələri üçün “Xalqımızın etnoqrafiyası” mövzusunda elmi-praktik seminar keçirilib.
Sabaha-inamla.az-a AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən verilən məlumata görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 iyul 2015-ci il tarixdə imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraqkeçirilən seminarda Azərbaycan ərazisində ən qədim zamanlardan insanların məskən salması, təşəkkültapması, təsərrüfat həyatı, sənətkarlıq və maddi mədəniyyət nümunələri haqqında məlumatlar tələbələrin diqqətinə çatdırılmışdır.
“Etnoqrafiya elmi də arxeologiya kimi tarix elminin mühüm tərkib hissəsidir”,-deyən tədqiqatçı bildirib ki, bu elm sahəsitəkcə hər hansı bir materialı təsvir etməklə deyil, eyni zamanda onun bərpasıilə məşğuldur.
İnstitutun nəzdində fəaliyyət göstərən “Arxeologiya və Etnoqrafiya” muzeyində baş tutan seminarda tələbələrə Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji ekspedisiyalar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələri, onların məişətdəistifadəsi haqqında məlumat verilmiş, sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Sabaha-inamla.az



Baxış sayı: 342


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu