12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
250 aztəminatlı ailə üçün intensiv meyvə bağları salınır
Tarix: 19-12-2020 19:20 | Bölmə: Sosial

                    250 aztəminatlı ailə üçün intensiv meyvə bağları salınır


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial bağlar” layihəsi üzrə 11 rayonda daha 250 aztəminatlı ailə üçün intensiv meyvə bağları salınır.
ƏƏSMN-dən "Qafqazinfo"ya verilən xəbərə görə, hazırda bağ təsərrüfatlarının salınması üçün seçilən sahələr köhnə bar verməyən ağaclardan, kötüklərdən, daşlardan təmizlənir. Həmçinin sahələr şumlanaraq əkin üçün hazırlanır, çəpərlənir, sahələrə su xətləri çəkilir, suvarma sistemləri qurulur, tinglər əkilir.
Layihə çərçivəsində müxtəlif relyefə, coğrafi əraziyə və struktura malik ümumilikdə 110 hektar torpaq sahəsinə 80 mindən çox müxtəlif məhsuldar meyvə tinglərinin əkilməsi nəzərdə tutulur. Sahələrdə müasir damla suvarma sistemlərinin qurulması da təmin olunacaq.
Layihə iştirakçılarına aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də dəstək göstəriləcək.
Qeyd edək ki, layihə çərçivəsində son iki ildə 375 aztəminatlı ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.




Baxış sayı: 407


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu