12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Tək Millət, Tək Ürək” layihəsinə start verildi - Fotolar
Tarix: 16-12-2020 20:59 | Bölmə: Sosial

                    “Tək Millət, Tək Ürək” layihəsinə start verildi


"Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində Naftalan şəhərində şəhid və qazi ailələrinə sovqatlar çatdırılıb. Bu məqsədlə millət vəkili Anar Məmmədov, Naftalan Şəhər İcra Hakimiyyəti başçısı Vüqar Novruzov, o cümlədən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) nümayəndələri ilə birlikdə şəhid ailələrini ziyarət ediblər.
"Qafqazinfo" xəbər verir ki, "Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi tərəfindən həyata keçirilir.
Rəsmillər və türkiyəli qonaqlar Vətən müharibəsində şəhid olanların ailəsinə baş çəkiblər. Söhbət zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib. “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində ehtiyaclarını ödəyəcək sovqatlar şəhid ailələrinə təqdim olunub.
Əsas məqsəd Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi qardaşlıq siyasətinə, eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın irimiqyaslı sosial siyasətinə dəstək verməkdən ibarətdir.
"Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi Naftalan şəhərində bütün şəhid və qazi ailələrini əhatə edib.








Baxış sayı: 431


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu