12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Qarşıdakı 3 ayda koronavirusla bağlı vəziyyət çox çətin olacaq”
Tarix: 16-12-2020 12:40 | Bölmə: Sosial

                “Qarşıdakı 3 ayda koronavirusla bağlı vəziyyət çox çətin olacaq”


“Azərbaycanda artıq küçələrdə insanlar pandemiya qaydalarına daha çox riayət edirlər. Bu, çox gözəl haldır”.
“Qafqazinfo” xəbər verir ki, bunu ÜST-nin Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O qeyd edib ki, qarşıdakı 3 ay koronavirusla bağlı vəziyyət çox çətin olacaq: “Artıq bir ilə yaxındır ki, koronavirus insanların həyatına daxil olub və yeni normalar müəyyənləşib. Son bir ildə hər kəsin həyatı çox dəyişdi. Bu, bir yandan pandemiya yorğunluğunu ortaya çıxardı. Peyvənd vurulana qədər yeni normalarla yaşamalıyıq və ona əməl etməliyik. Yeni normaları bir-birimizə pozitiv şəkildə ötürməliyik”.



Baxış sayı: 425


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu