12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Koronavirusa yoluxanlarda ağırlaşmaların 10 faizi bununla bağlı olur”
Tarix: 15-12-2020 16:52 | Bölmə: Sosial

                   “Koronavirusa yoluxanlarda ağırlaşmaların 10 faizi bununla bağlı olur”


"Antigenə qarşı və virusun digər antigenlərinə qarşı biz anticisim dediyimiz maddələri orqanizmimizdə sintez etdirə bilsək, xəstəliyin yoluxmasının qarşısı ala bilərik".
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB sədri Ramin Bayramlı deyib.
O bildirib ki, COVID-19 virusu sünbülə bənzər çıxıntıları vasitəsilə insanın ağciyərindəki hüceyrələrə bağlanır:
“İnsan orqanizmi də həmin virusu reseptorları vasitəsilə qəbul edir. Virus mutasiya uğrayaraq hüceyrələrimizə bağlana bildiyi üçün orqanizmimizdə xəstəlik yaradır. 
Antigenə qarşı və virusun digər antigenlərinə qarşı biz anticisim dediyimiz maddələri orqanizmimizdə sintez etdirə bilsək, xəstəliyin yoluxmasının qarşısını ala bilərik. Allah insan orqanizmini belə yaradıb ki, “İmmunoqloblin M” adlanan anticisimlər ilk mərhələdə əmələ gəlir və xəstəliyin daha kəskin dövründə mübarizə aparır. “İmmunoqloblin C” isə iki həftə sonra əmələ gəlir. İnsan orqanizmi özü bəzən anticisim sintez etməklə xəstəliyin qarşısını alır. Koronavirusa yoluxanlarda da ağırlaşmaların 10 faizi bununla bağlı olur. Bu genetik faktorlarla bağlıdır ki, insan özü anticisim sintez edə bilmir. Buna görə də biz vaksinlər vasitəsilə öncədən orqanizmi hazırlamalıyıq ki, anticisim sintez etsin.
Anticisimlər COVID-19 virusuna yaxınlaşaraq ona sünbülvari çıxıntılar vasitəsilə bağlanır, onu blok edir və digər hüceyrələrə yayılmasının qarşısını alır”.



Baxış sayı: 332


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu