19:18 / 23-11-2026
Xalq artisti və qızı cərimələri ödəmədiyinə görə cərimələniblər
19:15 / 23-11-2026
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
19:12 / 23-11-2026
Millətlər üzrə Federal Agentlikdə axtarışlar aparılıb
19:04 / 23-11-2026
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
18:59 / 23-11-2026
Ermənistan yeni konstitusiya layihəsindən Ararat dağının təsvirini çıxarıb
18:55 / 23-11-2026
Çin Ukrayna böhranının həllinin yeganə yolunu adlandırdı
18:48 / 23-11-2026
İlham Əliyev Trampa təşəkkür etdi
18:39 / 23-11-2026
İşdən çıxarıldığı gün mükafat almalı imiş... - Yenilənib
18:31 / 23-11-2026
Millət vəkili vətəndaşlarla görüş keçirib
16:01 / 23-11-2026
Rusiya avropalıların sülhə hazırlığını anlamaq üçün onlarla dialoqa başlayır
15:58 / 23-11-2026
At təkbaşına qayıtdı: Soçi dağlarında itkin düşmüş atlının axtarışı aparılır
15:52 / 23-11-2026
"Politico": Trampın komandasının təklifləri AB üçün "Troya atı" ola bilər
15:48 / 23-11-2026
Avropa hidroenerji üçün su ehtiyatları ilə bağlı problemlərlə bağlı həyəcan təbili çalır
15:45 / 23-11-2026
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
19:41 / 22-11-2026
Almaniya Avropanın hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı olduğunu etiraf edib
19:36 / 22-11-2026
Böyük Britaniyanın iddialarına görə, Vuçiç Tramp oteli ilə bağlı məmurları "axmaq" adlandırıb
19:32 / 22-11-2026
Böyük bir partiya siqaret qaçaqmalçılığında şübhəli bilinən şəxs həbs edilib
19:29 / 22-11-2026
Jirinovski Rusiya, Çin və ABŞ liderləri arasında görüşü proqnozlaşdırdı
19:26 / 22-11-2026
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19:21 / 22-11-2026
Otellər və suvenir mağazaları yanıb
19:17 / 22-11-2026
Böyük Britaniya bir sıra seçkilərdən sonra Avropa İttifaqı iflic vəziyyətinə düşə bilər, bəyan edib
16:55 / 21-11-2026
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü qeyd olunub - Fotolar
ŞƏFALI ƏLLƏR-VASİF MƏMMƏDOV
Tarix: 15-12-2020 02:09 | Bölmə: Sosial

Aqşin BöyükAğa oğlu,Tibb Elmiləri
Doktoru,Professor,Moskva şəhərində yerləşən Rusiya Milli Tibbi Tədqiqat Travmatologiya və Ortapediya Mərkəzinin “Travma ağırlaşmaları və irinli fəsadları” şöbəsinin aparıcı elmi işçisi.
Aqşin həkim N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnsitutunun müalicə və profilaktika fakültəsini uğurla bitirdikdən sonra tibbin ən ağır sahələrindən biri olan travmatologiya və Ortopediyanı seçmişdir.Bu sahədə elmi axtarışlarını davam etdirərək, gərgin zəhmətin hesabına elmin zirvəsinə yüksəlmiş və işlədiyi müddətdə zəngin təcrübə qazanmışdır. Sonrakı elmi - təcrübi fəaliyyəti onu Rusiya həyatı ilə bağlamış və dünyanın böyük meqapolislərindən biri olan Moskva şəhərində yaşamalı və işləməli olmuşdur.
Aqşin Bağırov tibb elmləri doktoru, professordur. Hazırda o, travmatologiya və ortopediya sahəsi üzrə Moskva şəhərində sayılıb seçilən mütəxəssislərdən biridir. O, yeganə azərbaycanlıdır ki, Kreml Səhiyyə Sistemində 12 il şöbə müdiri vəzifəsində calışmışdır.Hazırda Moskva şəhərində onun adını daşıyan və uğurla fəaliyyət göstərən özəl klinikanın rəhbəridir.
Aqşin həkim tibb sahəsində görkəmli alimlərdən, özünəməxsus ixtisas sahiblərindən biri olduğu kimi, eyni zamanda mənəvi cəhətdən bütöv, yetkin və yüksək dərəcədə vətənpərvər bir ziyalıdır.
Böyük Alman filosofu Hegel yazır ki, “Müharibə həyatın zəruri hadisəsidir”
Müharibə mərdlik, cəsarət, qeyrət və yüksək vətənpərvərlik meydanıdır. İyirmi yeddi ildən ziyadə bir dövrdə erməni qəsbkarları tərəfindən zəbt edilmiş qədim Qarabağ torpaqlarının mənfur düşməndən azad olunması üçün Azərbaycan xalqı ayağa qalxdı və yumruq kimi birləşərək,müzəffər ordumuza və Ali Baş Komandana dəstək oldu. Yüksək təlim görmüş nizami ordumuz düşmən üzərinə hərtərəfli hücuma başladı. Qəddar erməni hərbi birləşmələri ordumuzunun döyüş əzmini qıra bilmədiyi üçün geri çəkilərək dədə-baba torpaqlarımızı azad etmək məcburiyətində qaldılar.Beləliklə, şanlı ordumuz erməni qəsbkarlarının çoxlu sayda canlı qüvvəsini və döyüş texikasını məhv edərək, 27-ildən yuxarı düşmən tapdağı altında qalan Cəbrayıl,Füzuli,Zəngilan, Hadrud,Qubadlı rayonlarını, o cümlədən Qafqazın Konservatoriyası və qeyrət qalamız olan Şuşa şəhərini erməni silahlı daşnaklardan təmizlədi. Şanlı ordumuz üçrəngli bayrağımızı qədim Şuşa şəhəri üzərində dalğalandırdı.Təbii ki, gərgin döyüşlər zamanı düşmən tərəfdən saysız- hesabsız canlı itkilər olsa da, çox təəssüf ki, Azərbaycan ordusu tərəfdəndən də şəhidlərimiz və yaralılarımız olmuşdur.Allah şəhirlərimizə rəhmət eləsin, onlar şəhidlik zirvəsinə yüksələrək, hərb tarixində yeni dövr üçün, yeni bir tarix yazdılar.Ancaq bununla bərabər, yaralılarımıza yüksək tibbi yardım göstərib, onları ayağa qaldırıb öz ailəsinə qovuşdurmaq fədakar həkimlərin üzərinə düşür. Belə fədakar həkimlərdən biri uzun müddət Moskva şəhərində yaşayıb işləyən, xalqımızın vətənpərvər və qeyrətli oğlu, mənsub olduğu xalqa,tarixi vətəninə olan sevgisini həmişə ürəyində yaşadan çox təcrübəli travmatoloq- ortoped, professor Aqşin Bağırovdur.Aqşin həkimin ürəyindəki qeyrət ağrısı bir an onu rahat buraxmırdı. Vətənin dar günündə doğma xalqının yanında olub,yaralılara peşəsinə uyğun köməklik göstərməyi özünün mənəvi borcu hesab edirdi.Elə bu istəklə Aqşin həkim təyarə ilə öz hesabına İstanbula( Bakıya uçuş olmadığına görə) oradan da Bakıya uçdu. Bakıda onu tələbəlik dostu ”City Hospitalın” rəhbəri həkim Bayram Qorçuyev qarşılayıb arxa cəbhəyə getməsinə şərait yaratdı. O, əvvəlcə Füzuli rayonunda yaralı əsgərlərə baxış keçirdi, 2-nəfər yaralı əsgəri, birinin odlu silahdan paçalanmış bud sümüyündə, ikincini isə baldır sümüyündə ağır əməliyyat apardı və onların sağalması üçün qüvvə və bacarığını əsirgəmədi. Hər zaman şəfalı əlləri ilə yaralılara məlhəm olan bu təcrübəli həkim, daha sonra məlumat alır ki, doğma anasının dədə- baba yurdu, Ağcabədi şəhərində daha çox yaralı əsgərlərimizin üzərində cərrahi əməliyyat aparılmasına ehtiyac vardır. Ürəyi Vətən sevgisi ilə döyünən Aqşin həkim orada gün ərzində 12 yaralı üzərində 14 əməliyyat aparır və əsgərlərimizin həyat eşqinin sönməməsinə zəmin yaradır.Oradan Yevlax şəhərinə yola düşən həkim, nicat gözləyən bir nəfər ağır yaralının üzərində birbaşa iki əməliyyat keçirir və əvvəl aparılmış əməliyyatın nəticəsində 4- nəfər yaralının üzərində düzəliş aparır. Xeyirxah əməlindən yorulmayan Aqşin həkim Gəncə şəhərində Abbas Səhət adına xəstəxanada və onun yaxınlığındakı klinik modulda olan xəstələrə baxış keçirir, əvvəl aparılmış əməliyyatın nəticəsini yaxşılaşdırmaq məqsədilə çox vacib manipulyasiya edir. Yardım etdiyi xəstələri nəzarətə götürmək məqsədilə onların siyahısını özündə saxlayır. Həkimin bildirdiyinə görə, ağır sümük zədələnmələri zamanı, bəzən bir xəstə üzərində bir neçə dəfə cərrahi əməliyyat aparmalı olursan. Təmənnasız gördüyü xeyirxah işlərdən mənəvi zövq alan və təsəlli tapan Aqşin həkim, nəzarətə götürdüyü yaralıları yoxlamaq və yeni yaralılar üzərində əməliyyat aparılması məqsədilə yenidən vətənə dönmək arzusu ilə dekabr ayının 15-nə təyarəyə bilet almışdır.Yaralılara baxış keçirilməsi və əməliyyat aparılması Bakı şəhərində yerləşən City Hospitalda planlaşdırılmışdır.
Xatırlatmaq yerinə düşər ki, birinci Qarabağ savaşında da Aqşin həkim, peşəsinə uyğun olaraq yaralılara ciddi tibbi yardım göstərmiş, vətən yolunda öz borcunu verməyi əsirgəməmişdir.O şəxsi təşəbbüsü və xeyriyyəçi iş adamlarının dəstəyi ilə Moskva səhərində hazırlatdığı İlizarov aparatlarını özü ilə Azərbaycana aparmış, çoxlu sayda yaralı əsgərlərimizin sağlması üçün istifadə etmişdir.
Bütün varlığı ilə vətəninə və xalqına bağlı olan qayğıkeş insan, ləyaqətli Vətən övladı, professor Aqşin Bağırova Moskva şəhərində fəaliyyət göstərən “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyətinin yaradıcı şəxsləri tərəfindən uğurlar arzulayıram!
VASİF MƏMMƏDOV,
“ŞƏHRİYAR” Ədəbi-Mədəni
Cəmiyyətinin sədri

Baxış sayı: 1 413
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:39
İşdən çıxarıldığı gün mükafat almalı imiş... - Yenilənib
Bu gün, 18:31
Millət vəkili vətəndaşlarla görüş keçirib
Dünən, 22:27
Dağ aşırımında dörd qadın turist itkin düşüb
Dünən, 19:21
Otellər və suvenir mağazaları yanıb
21-11-2026, 16:47
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
20-11-2026, 11:01
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
19-11-2026, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb
25-10-2026, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü
24-10-2026, 09:57
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib