12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Çayxana işlədən şəxs cərimələndi, koronavirus xəstəsi saxlanıldı
Tarix: 14-12-2020 17:44 | Bölmə: Sosial

                Çayxana işlədən şəxs cərimələndi, koronavirus xəstəsi saxlanıldı



Naftalan şəhərində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Niyaz Həsənovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk etməsi və koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratması müəyyən edilib.
DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşları dərhal onun yerini müəyyən edərək tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib. Fakla bağlı ŞPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikasının Cinayət  Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Ağdaş rayonunda keçirilən reydlər zamanı şəhər ərazisində yerləşən “Xan” çay evinin xüsusi karantin rejimi qaydalarına zidd olaraq həftəsonu fəaliyyət göstərdiyi aşkar edilib. Çay evini icarə əsasında işlədən Fərid Nəbizadə Polis Şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.
Şəki şəhər ərazisində polis və Daxili Qoşunların hərbi qulluqçularının birgə keçirdikləri reydlər zamanı yaşayış yerini tərk edən vətəndaşlar planşet vasitəsilə yoxlanılır və icazələri olmadan yaşadıqları ünvanları tərk edənlər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Qapalı və açıq məkanlarda, ictimai nəqliyyatda tibbi maskadan istifadəyə, sosial məsafənin qorunmasına nəzarət olunur, obyekt sahiblərinə karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyi bildirilir.





Baxış sayı: 373


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu