12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Bir gün əvvəl nişanlısı üçün gül sifariş veribmiş...
Tarix: 10-12-2020 12:14 | Bölmə: Sosial

                   Bir gün əvvəl nişanlısı üçün gül sifariş veribmiş...


İkinci Qarabağ müharibəsində şəhid olan və ya evinə qazi kimi dönən hər bir igidimizin həyatı bir dastandır. Ülvi Rəfail oğlu Rəfiyev də onlardan biridir. "Qafqazinfo" xəbər verir ki, o, Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin nəslindən, Vətən üçün canını əsirgəməyən Rəfiyevlərdən biri idi. Ülvi həm də xoşbəxt, zəhmətkeş və kökünə bağlı bir ailənin ilk övladı idi. Bütün qohumları, xüsusilə babası və nənəsi tərəfindən çox sevilirdi, çünki adı kimi o qədər saf, təmiz və mehriban idi ki, onu sevməmək mümkün deyildi.
Orta məktəbi bitirdikdən sonra Neft və Kimya Universitetinə (indi ki ADNSU) qəbul olundu. Yaxşı oxumaqla bərabər, həm də universitetin ictimai həyatında fəal iştirak edirdi. ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının ən fəal üzvü idi, bütün yarışlarda, beynəlxalq festivallarda universitetin şərəfin qoruyur, həmişə də qalib kimi qayıdırdılar. Hətta Türkiyənin məşhur “Yetənək sizsiniz” proqramında uğurla çıxış etmişdi Ülvi. Gələcəklə bağlı böyük arzuları var idi. Daha çox Azərbaycanı Beynəlxalq festivallarda layiqincə təmsil etmək istəyirdi. 
Tələbə həyatından sonra hərbi xidmətə çağırıldı, burda da özünü nümunəvi bir hərbçi kimi göstərdi, özünün, ailəsinin başını uca tutdu. Hərbi xidmətdən qayıtdıqdan sonra həm sərbəst yaşamaq,  həm də ailəsinə dəstək olmaq üçün əmək fəaliyyətinə başladı. İşini sevdi, sevildi, ailə qurmaq üçün planlar qurmağa başladı. Deyərdi ki, özümə möhtəşəm toy edəcəm və toyda “Zeybək” rəqsini oynayacam.
Vətən müharibəsi başlayanda artıq dörd ay var idi ki, sevdiyi xanımla nişanlanmışdı. Məlum səbəblərdən toy məsələsi yubanırdı və düşünürdü ki, tezliklə hər şey düzələr və ilin sonunda qohumların, dostların şahidliyi ilə yaxşı bir toy edər özünə.

           



Baxış sayı: 334


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu