12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Şəhid ailələri ilə bağlı fonda vəsait yatırmaq istəyənlərin nəzərinə!
Tarix: 08-12-2020 13:06 | Bölmə: Sosial

                 Şəhid ailələri ilə bağlı fonda vəsait yatırmaq istəyənlərin nəzərinə!


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqda fərman imzalayıb. 
“Qafqazinfo”  xəbər verir ki, Fondun vəsaiti müxtəlif mənbələr hesabına formalaşdırılır. Bunlar fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr); qanunla qadağan olunmayan digər mənbələr ola bilər. 
Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə bank hesabı açılır. Vəsait Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.
Maliyyə vəsaiti şəklində verilən yardımların (ianələrin) Fond tərəfindən toplanılması aşağıdakı üsullarla həyata keçirilir:
- onlayn qaydada – fiziki və hüquqi şəxslərin Fondun rəsmi internet səhifəsi və elektron ödəniş sistemləri üzərindən etdikləri ödənişlər;
- SMS vasitəsilə – fiziki və hüquqi şəxslərin Fondun qısa nömrəsinə SMS göndərməklə etdikləri ödənişlər;
-bank köçürməsi vasitəsilə – Fondun bank hesabına fiziki və hüquqi şəxslərin banklar və pulköçürmə sistemləri vasitəsilə etdikləri ödənişlər;
- terminal vasitəsilə – fiziki və hüquqi şəxslərin xüsusi ödəmə terminalları vasitəsilə etdikləri ödənişlər;
- qanunla qadağan olunmayan digər ödəniş vasitələrindən istifadə etməklə edilən ödənişlər.



Baxış sayı: 301


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu