Bütün xəbərlər
Onlarla vəkil koronavirusa yoluxub
Tarix: 25-11-2020 13:38 | Bölmə: Sosial

                   Onlarla vəkil koronavirusa yoluxub


Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov koronavirus pandemiyasının Azərbaycanda geniş yayılması ilə bağlı ictimaiyyətə müraciət edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, A.Bağırov bildirib ki, ölkədə COVİD-19 infeksiyasına yoluxanların sayı durmadan artmaqdadır: “Təəssüf ki, bu bəla vəkillərimizdən və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparat əməkdaşlarından yan keçməyib.
Hal-hazırda koronavirusa yoluxan onlarla həmkarımız həkim nəzarəti altında müalicə olunur, hər kəsə Allahdan şəfa diləyirəm. Hər birinizdən artıq dərəcədə xahiş edirəm, özünüzü və yaxınlarınızı qoruyun, bütün sanitar qaydalara ciddi əməl edin”.


Baxış sayı: 272


Bölməyə aid digər xəbərlər