Bütün xəbərlər
Günün ən çox paylaşılan videosu...
Tarix: 24-11-2020 23:13 | Bölmə: Sosial

                   Günün ən çox paylaşılan videosu...


İşğal altında qalan torpaqlarımızı azad edən Azərbaycan əsgəri həm də yaradıcılığı ilə diqqət çəkir. Əsgərlər tərəfindən Qarabağ torpağında çəkilən videolar sosial şəbəkədə maraqla qarşılanılır və kifayət qədər də izlənilir.
"Qafqazinfo" xəbər verir ki, əsgərlərimizin çəkdiyi daha bir video sosial şəbəkədə geniş yayılıb. Söhbət hamıya "Fəryad" filmini xatırladan videodan gedir. 
Belə ki, sözügedən filmdə erməni obrazını canlandıran mərhum aktyor Məlik Dadaşovun Şuşanın yağılar tərəfindən işğal olunmasını elan etməsi hamının xatirəsində acı izlər buraxmışdı. Əsgərlərimiz isə çəkdikləri qısa videoda Şuşanın işğaldan azad edilməsi açıqlayıblar və "Fəryad" filmində həmin epizodda səsləndirilən "Şalaxo" sədaları altında rəqs ediblər. Bu video bir çox sosial şəbəkə istifadəçisi tərəfindən "Qisas alındı" başlığı ilə paylaşılıb və günün ən çox paylaşılan görüntüsü olub.

           


Baxış sayı: 327


Bölməyə aid digər xəbərlər