20:08 / 23-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: Estoniya gizli şəkildə Ukrayna dronlarının Rusiyaya qarşı hücumlar etməsinə icazə verir
20:02 / 23-11-2026
Özəl uşaq bağçasında uşaqlar xəstələndi, cinayət işi açıldı
19:59 / 23-11-2026
Yunanıstanın Baş naziri Mitsotakis təqaüdçülərə dövlət müavinətləri ilə birlikdə nəvələrinə GTA oyunu almağı məsləhət gördü
19:53 / 23-11-2026
Tramp Jensen Huang-ın Nvidia şirkətinin baş direktoru vəzifəsinə qayıtmasını dəstəklədi
19:49 / 23-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Estoniyanı sərhəd keçid məntəqələrinin bağlanmasının nəticələri barədə xəbərdar etdi
19:43 / 23-11-2026
Musiqi prodüserinin cəsədi Moskva binasının pəncərələrinin altında tapılıb
19:40 / 23-11-2026
Milyonçular üçün mütərəqqi vergi şkalasının dəyişdirilməsini təklif etdi
19:18 / 23-11-2026
Xalq artisti və qızı cərimələri ödəmədiyinə görə cərimələniblər
19:15 / 23-11-2026
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
19:12 / 23-11-2026
Millətlər üzrə Federal Agentlikdə axtarışlar aparılıb
19:04 / 23-11-2026
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
18:59 / 23-11-2026
Ermənistan yeni konstitusiya layihəsindən Ararat dağının təsvirini çıxarıb
18:55 / 23-11-2026
Çin Ukrayna böhranının həllinin yeganə yolunu adlandırdı
18:48 / 23-11-2026
İlham Əliyev Trampa təşəkkür etdi
18:39 / 23-11-2026
İşdən çıxarıldığı gün mükafat almalı imiş... - Yenilənib
18:31 / 23-11-2026
Millət vəkili vətəndaşlarla görüş keçirib
16:01 / 23-11-2026
Rusiya avropalıların sülhə hazırlığını anlamaq üçün onlarla dialoqa başlayır
15:58 / 23-11-2026
At təkbaşına qayıtdı: Soçi dağlarında itkin düşmüş atlının axtarışı aparılır
15:52 / 23-11-2026
"Politico": Trampın komandasının təklifləri AB üçün "Troya atı" ola bilər
15:48 / 23-11-2026
Avropa hidroenerji üçün su ehtiyatları ilə bağlı problemlərlə bağlı həyəcan təbili çalır
15:45 / 23-11-2026
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
19:41 / 22-11-2026
Almaniya Avropanın hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı olduğunu etiraf edib
Azərbaycan Xalqının Ümmummilli Qəhrəmanı: o, bütün dünya azərbaycanlılarını zəfər xəbəriylə sevinc göz yaşlarına boğdu-Elxan YURDOĞLU
Tarix: 12-11-2020 20:43 | Bölmə: Sosial

Bunun əminliklə deyə bilərəm ki, dünən gecənin gec saatlarından bəri Azərbaycanda hər evdə işıqlar yanırdı, televizorlar işləyirdi. 5-10 dəqiqəlik gecikməylə bütün Azərbaycan xalqı bir-birini xəbərdar edərək oyatmışdı. Necə ki, mən kənddəki ata-anama gözaydınlığı, muştuluq vermək üçün zəng etmişdim, eləcə də hamı tanışına, qohumuna ailəsinə, qardaşına, bacısına zəng edib yuxudan oyatmışdı. Hamı öz Prezidentinin, Ali Baş Komandanının Zəfər xəbərini izləyirdi.
30 ilə yaxın bir müddətdə hər bir Azərbaycan vətəndaşının ər kimi üstünə hopmuş məğlubluq hissi sentyabrın 27-dən etibarən yox olmuşdu. Biz artıq öz haqqımız uğrunda haqq savaşımıza başlamışdıq. Biz 30 ilə yaxındır işğal altında olan müqəddəs torpaqlarımıza qarış-qarış geri qayıdırdıq. Bu geri qayıtmağın kluminasiya nöqtəsi bir gün arayla həm də final nöqtəsi oldu. Azərbaycan Respublikası Prezidentinin məhz Ali Baş Komandan geyimindəki Şuşa müjdəsinin sonundakı fikirləri xalqı küçələrə tökdü. “Əziz Şuşa, biz qayıtmışıq” nidasındakı sevinc və o anda ölkə başçısının kövrəldiyini və hətta sevincdən doluxsunduğunu yəqin ki, təkcə mən hiss etməmişəm. Bunu bütün Azərbaycan hiss etdi.
Zəfər yürüşümüz boyu xalq öz Prezidentini bir daha tanıdı, həm də laaap yaxından və ən incə məqamlarına kimi. Ulu öndərimiz, ümummilli liderin xaosdan çıxarıb inkişaf yollarına qədər gətirdiyi Azərbaycanın sabahını özü qədər inandığı varisinə tövsiyə etmişdi. 17 il əvvəl xalq da öz fikri ilə ulu öndərin tövsiyəsi ilə razılaşmışdı. Buna baxmayaraq mərkəzdəki insandan ən ucqar kənddəki insana kimi hər kəs öz Prezidentinin siyasi arenada bu illər ərzindəki fəaliyyətini tam mənası ilə bilmirdi. 43 günlük müharibə ərzində isə cənab İlham Əliyevin xalqa müraciətləri, həm də bəzən elə xalqın öz məişəti üslubundakı danışıq tərzi, bu müddət ərzində xarici təzyiqlərə qətiyyətlə sinə gərməsi, xüsusilə bir çox dünya KİV orqanlarına müsahibələrindəki siyasi hazırcavablılığı, təmkini, səmimi və tutarlı faktlarla verdiyi cavablar xalq-dövlət birliyinin yumruq kimi möhkəmlənməsində az rol oynamadı. Bu da nəticəsi. Biz qalib gəldik, biz işğal altında olan torpaqlarımızı geri qaytardıq. Biz artıq üzərinə məğlubluq hissi çökmüş vətəndaşlar deyil, biz dünyanın bütün xalqları qarşısında başı dik dayanan Azərbaycan vətəndaşlarıyıq.
Bu haqq savaşının qəhrəmanları isə öz canlarından keçməkdə tərəddüd etməyən, öz qanları ilə torpaqlarımızı yenidən vətən edən şəhidlərimizdir. O şəhidlər ki, onlar bizim qəlbimizdə, xalqımızın tarixində, sabahkı dərsliklərimizdə daim yad ediləcək, qürur duyulacaq, nümunə göstəriləcək insanlar oldular. Bir də bu haqq savaşımızdan müəyyən bədən xəsarətləri alaraq geri qayıdan, həmçinin bu gün də o torpaqlarda sevinclə üçrəngli bayraqlarmızı dalğalandıran qazilərimiz var ki, bu xalq var olduqca onların vətən sevdaları unudulmayacaq, yetişən gəncliyə nümunə göstəriləcəkdir.
Müharibənin birinci ayı tamam olan ərəflərdə Azərbaycan Respublikası Prezidentinin rəsmi saytına ünvanladığım məktubda belə bir fikir yazmışdım: “Cənab Ali Baş Komandan! Atanız ulu öndər Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir. Azərbaycan xalqının onlarla Milli Qəhrəmanı var. Amma siz artıq Azərbaycan xalqının ÜMUMMİLLİ QƏHRƏMANINA çevrilmisiniz. Mən bir vətəndaş kimi bu günlərdə bizə yaşatdığınız sevincli günlərin nəticəsi olaraq Zəfər Günü xəbərini də bizə yaşadacağınıza inanarıram. Xalqımızın sizi Azərbaycan xalqının ÜMUMMİLLİ QƏHRƏMANI kimi öz ürəyinə həkk edəcəyinə və sizi ÜMUMMİLLİ QƏHRƏMAN adlandıracağına əminəm. O gün uzaqda deyil”. Bəli o gün çox da uzaqda deyildi. O gün artıq geridə qaldı. Və dünən – noyabrın ayının 10-da gecənin ilk saatlarında zəfər müjdənizlə bütün dünya azərbaycanlılarını sevinc göz yaşlarına boğdunuz. Bu göz yaşlarına dəyərdi. Bu göz yaşlarını uşaqlığı demək olar ki, olmayan, yeniyetməliyi məhrumiyyətlərlə keçən, gəncliyi yarım-yapalaq bir nəsil kimi tarixə qovuşan 40 yaşlı biri kimi etiraf etməkdən utanmıram. Qoy göz yaşlarımız elə bu cür sevinclərlə gözlərimizi doldursun.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı yerdə qalmadı. Qazilərimizə uzun ömür nəsib etsin. Yaralılarımıza tez bir zamanda sağalıb ayağa qalxmağı arzulayırıq. Bir də ki, Naxçıvandan Qarabağa – Xankəndinə, Şuşaya, Laçına, Kəlbəcərə, Xocalıya, Ağdama, Ağdərəyə, Xocavəndə, Füzuliyə, Zəngilana, Cəbrayıla, Qubadlıya onlarla dostumun, tələbə yoldaşımın evinə ziyarətə getmək arzularımız boy verib könlümüzdə. Bu arzularımızı da növbəti məzuniyyət dövrünə saxlayaq.
Sonuncu dəfə mən anadan olan il – 1980-ci ildə Şuşada olan babamın orada çəkdirdiyi şəkillərinə yenidən baxıb doya-doya ağlamaq istəyirəm. Və sadəcə istəmirəm, həm də elə doyunca ağlayıram.
Azərbaycan xalqı sizinlə fəxr edir, cənab Prezident!
Azərbaycan xalqı sizinlə fəxr edir, cənab Ali Baş Komandan.
Azərbaycan xalqı sizinlə fəxr edir, Azərbaycan xalqının ÜMUMMİLLİ QƏHRƏMANI!
Elxan YURDOĞLU,
AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru,şair-publisist

Baxış sayı: 684
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:39
İşdən çıxarıldığı gün mükafat almalı imiş... - Yenilənib
Bu gün, 18:31
Millət vəkili vətəndaşlarla görüş keçirib
Dünən, 22:27
Dağ aşırımında dörd qadın turist itkin düşüb
Dünən, 19:21
Otellər və suvenir mağazaları yanıb
21-11-2026, 16:47
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
20-11-2026, 11:01
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
19-11-2026, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb
25-10-2026, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü