12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Ermənilər Azıxda qanunsuz arxeoloji qazıntılar aparıb
Tarix: 11-11-2020 21:37 | Bölmə: Sosial

                 Ermənilər Azıxda qanunsuz arxeoloji qazıntılar aparıb


Ermənistan təcavüzkar siyasətini davam etdirərək Azərbaycan işğal edilmiş ərazilərində qanunsuz arxeoloji qazıntı işləri həyata keçirib.
Mədəniyyət Nazirliyindən "Qafqazinfo"ya verilən məlumatda bildirilir ki, Ermənistan beynəlxalq hüquqa, o cümlədən Azərbaycan  qanunvericiliyinə zidd olaraq, 1992-ci ildən zəbt etdiyi Azərbaycan ərazilərində arxeoloji qazıntı işləri aparıb.
Azərbaycan Xocavənd rayonu ərazisində yerləşən, dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmış Azıx mağara düşərgəsində 2002-ci ildən etibarən xarici ekspertlərin iştirakı ilə aparılan qazıntılar bu qəbildəndir. Qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri Ermənistana daşınaraq mənimsənilib.
Ermənistan dövlət olaraq vaxtilə işğal etdikləri ərazilərimizdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyət daşıyır.
Azərbaycan  Mədəniyyət Nazirliyi tərəfindən bu məsələnin ciddi nəzarətdə saxlanılır və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatların mütəmadi olaraq məlumatlandırılacağı və bu kimi mənimsəmə faktlarının qarşısının alınması üçün zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcəyini diqqətə çatdırır. Beynəlxalq təşkilatlar, xüsusilə UNESCO tərəfindən bu faktlara hüquqi qiymətin verilməsi tələb olunur.



Baxış sayı: 371


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu