12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Bələdiyyə idarəçiliyi, yaxud mədəni muxtariyyət səviyyəsi olmalıdır”
Tarix: 09-11-2020 18:26 | Bölmə: Sosial

                  “Bələdiyyə idarəçiliyi, yaxud mədəni muxtariyyət səviyyəsi olmalıdır”


“Ermənistanın qəbul etmədiyi əsas prinsiplərdə, - onlar faktiki olaraq etibarsızdır, çünki Ermənistan onları qəbul etməyib, - bir müddəa var ki, azərbaycanlılar oraya qayıdacaqlar, sülh, təhlükəsizlik şəraitində, təhlükəsizlik təminatı ilə orada yaşayacaqlar”. 
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, orada hansı idarəçilik formasının olacağını dəqiq müəyyənləşdirmək üçün danışıqlar prosesində o qədər irəliyə getməmişik: 
“Bizim mövqeyimiz ondan ibarətdir ki, bələdiyyə idarəçiliyi, yaxud ermənilər üçün mədəni muxtariyyət kimi müəyyən özünüidarə səviyyəsi olmalıdır. Lakin biz o qədər irəliyə getməmişik. Əgər Paşinyan mənim əvvəldən, biz Füzulini azad edəndə tələb etdiyimi etsəydi, onda müharibə dayanardı və indi biz danışıqlar masasında necə irəli getmək barədə danışardıq. Lakin o, bu öhdəliyi götürmür. Ona görə də, bu cür davam etsə, biz davam edəcəyik. Başqa yol yoxdur. Biz ölkənin bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edənə kimi, sona qədər gedəcəyik”.
 



Baxış sayı: 333


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu