Bütün xəbərlər
Bakıda restoran sahibindən maraqlı aksiya - Foto
Tarix: 08-11-2020 17:05 | Bölmə: Sosial

                   Bakıda restoran sahibindən maraqlı aksiya


Məlum olduğu kimi, Prezident İlham Əliyev Şuşanın azad edilməsini elan edəndən sonra Bakı küçələrində əhval-ruhiyyə daha da artıb. 
“Qafqazinfo” xəbər verir ki, vətəndaşlar küçələrə çıxaraq sevinc hisslərini bölüşürlər. 
Bundan başqa, işaə obyektlərindən biri - “Bəyaz” restoranı maraqlı aksiya həyata keçirib. Belə ki, restoran işçiləri stol-stulu küçəyə çıxararaq süfrə açıb. Restoran sahibi insanlara təmənnasız yemək təklif edir. 
Azadlıq prospektində yerləşən həmin məkana musiqiçilər də dəvət edilib. 

 

 



Baxış sayı: 478


Bölməyə aid digər xəbərlər
12-04-2025, 22:36 Polis reyd keçirib