12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Borclu olduğumuz qadınlar... - Fotolar
Tarix: 07-11-2020 23:08 | Bölmə: Sosial

                     Borclu olduğumuz qadınlar...


40 gündən artıqdır ki, ikinci Qarabağ müharibəsi davam edir. Azərbaycan Ordusu cəbhədə böyük şücaət göstərir, tez-tez işğaldan azad edilən ərazilərimizin adları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən açıqlanır. Tam qələbəyə gedən yolda xalq da müzəffər ordusunun arxasındadır.
"Qafqazinfo" xəbər verir ki, döyüşlərin getdiyi bir vaxtda qadınlarımız da məğrurluğu ilə diqqət çəkir. Bunu sosial şəbəkədə yayılan və ən çox müzakirə olan iki foto da təsdiq edir.
Fotoların birində ana Vətən müharibəsində şəhid olan oğlunu öz çiyinlərində son mənzilə yola salır. Oğlunun şəhid olmasına baxmayaraq, yaşlı qadın öz məğrurluğunu göstərir, başını dik tutur.
Digər fotodakı qəhrəman qadının adı isə Firuzədir. O da digər fotodakı kimi, məğrur duruşu, cəsarəti ilə seçilir. Firuzə həyat yoldaşını son mənzilə çiyinlərində yola salır...
Cəbrayılı, Qubadlını, Füzuli, Zəngilanı, Suqovuşanı, Talışı və daha neçə-neçə kəndi, yüksəlikləri düşmən işğalından azad edən bu qadınların oğulları, həyat yoldaşları, qardaşlarıdır. Biz onları sosial şəbəkələrdən tanısaq da, bir ömür vəfa borcluyuq. 

 




Baxış sayı: 392


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu