Bütün xəbərlər
Putin Rusiya və İran arasında daimi təmasların olduğunu açıqlayıb
Tarix: 01-09-2025 18:24 | Bölmə: Siyasət

Rusiya prezidenti Vladimir Putin İran lideri Məsud Pezeşkianla görüşündə İran tərəfi ilə daimi təmasların olduğunu açıqlayıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüntülər “Rossiya 24” telekanalında nümayiş olunub.
Dövlət başçısının sözlərinə görə, Moskva ilə Tehran arasında qarşılıqlı fəaliyyət beynəlxalq gündəliyin müxtəlif aspektləri üzrə aparılır.
“Biz beynəlxalq gündəliyin müxtəlif aspektləri, o cümlədən İranın nüvə proqramı ətrafında vəziyyətlə bağlı daimi təmasdayıq”, - deyə, Putin bildirib.
Rusiya prezidenti həmçinin qeyd edib ki, Pezeşkianla “bu gün müzakirə edə biləcəyimiz və etməli olduğumuz çoxlu məsələlər var”.
Vladimir Putin Çində keçirilən ŞƏT sammiti çərçivəsində bir sıra ikitərəfli danışıqlar aparır. Dövlət başçısı sentyabrın 3-də Pekində İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcək.



Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər