14:43 / 17-08-2025
Alovlanan qayıq batıb
Bütün xəbərlər
Dmitriyev: "Ukraynanı dəstəkləyən Qərb liderləri təşviş içindədir"
Tarix: 17-08-2025 12:41 | Bölmə: Siyasət

Ukraynada münaqişənin davam etdirilməsini dəstəkləyən Qərb liderləri təşviş içindədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.
O, açıqlamasında xarici medianın Alyaska sammitindən sonra Vladimir Zelenski ilə Aİ liderləri arasında ABŞ prezidenti Donald Trampla danışıqların tezliklə aparılacağı ilə bağlı açıqlamasına istinad edib.
"Münaqişənin avropalı və britaniyalı tərəfdarları təşviş içindədirlər", - Dmitriyev özünün "Telergam" kanalında yazıb.
Bundan əvvəl Avropa komissarı, İtaliyanın keçmiş baş naziri Paolo Gentiloni etiraf etmişdi ki, Rusiya və ABŞ-ın Alyaskada keçirilən son sammiti Rusiya prezidenti Vladimir Putinin simvolik qələbəsi olub.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər