14:43 / 17-08-2025
Alovlanan qayıq batıb
Bütün xəbərlər
NYT: Tramp hesab edir ki, Kiyevin bütün Donbası Rusiyanın bir hissəsi kimi tanıması sülhün bağlanmasına imkan verəcək
Tarix: 16-08-2025 19:16 | Bölmə: Siyasət

“The New York Times” öz mənbələrinə istinadən yazır ki, ABŞ prezidenti Donald Tramp Aİ liderlərinə bildirib ki, Kiyev bütün Donbası Rusiya ərazisi kimi tanısa, Ukrayna üzrə sülh sazişi tezliklə əldə edilə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  jurnalistlərin hesab etdiyinə görə, Trampın Rusiyanın dərhal atəşkəs əldə etməkdənsə, tam sülh razılaşmasına nail olmaq planını qəbul etməsi ilə bağlı mövqeyi Rusiyaya danışıqlarda üstünlük verir.
“Tramp Avropa liderlərinə bildirib ki, əgər (Volodimir) Zelenski Donbasın qalan hissəsini, hətta Rusiya qoşunları tərəfindən (işğal olunmayan) əraziləri belə Rusiyaya verməyə razılaşarsa, sülh sazişinin tezliklə əldə oluna biləcəyinə inanır”, - nəşr yazır.
Daha əvvəl NYT Trampın Avropa liderlərini Zelenski ilə Ağ Evdə avqustun 18-nə planlaşdırılan görüşündə iştirak etməyə dəvət etdiyini bildirmişdi.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər