Bütün xəbərlər
Peskov Vitkoffun Moskvaya son səfərini çox məhsuldar adlandırıb
Tarix: 14-08-2025 20:52 | Bölmə: Siyasət

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov “Moskva. Kreml. Putin” verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun ötən həftə Moskvaya səfəri çox məhsuldar və mənalı olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Peskovun qeyd etdiyinə görə, Rusiya prezidenti Vladimir Putin və Stiven Vitkoff arasında danışıqlar Alyaskada keçiriləcək Rusiya-Amerika sammitinin xəbərçisi olub.
"Həqiqətən də, cənab Vitkoffun Moskvaya son səfəri çox məhsuldar və mənalı oldu. Prezidentlə yaxşı söhbətimiz oldu, bu zaman biz, deyək ki, hər iki tərəfdən siqnallar mübadiləsi apardıq. Siqnallar qəbul edildi, siqnallar ötürüldü", - Rusiya prezidentinin mətbuat katibi bildirib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Vladimir Putin və Stiven Vitkoff görüş zamanı Ukrayna böhranını və Rusiya ilə ABŞ arasında strateji əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər