20:10 / 11-08-2025
Mühafizəçi cərimələnib
17:40 / 11-08-2025
Yazıçı vəfat edib
Bütün xəbərlər
Lavrov və Rubio Alyaskada keçiriləcək görüşə hazırlığı müzakirə ediblər
Tarix: 12-08-2025 21:06 | Bölmə: Siyasət

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və amerikalı həmkarı Marko Rubio telefonla iki ölkə liderlərinin Alyaska görüşünə hazırlığı müzakirə ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  telefon danışığı zamanı xarici işlər nazirləri Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında keçiriləcək görüşə hazırlığın müəyyən aspektlərini müzakirə ediblər. Qeyd olunur ki, hər iki tərəf tədbirin uğurla keçirilməsinə sadiq olduqlarını təsdiqləyib.
Bundan əvvəl Rusiya və ABŞ hakimiyyəti Putin və Trampın avqustun 15-də Alyaskada görüşəcəyini açıqlamışdı.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, ölkə liderləri qarşıdakı söhbət zamanı əsas diqqəti Ukraynadakı münaqişənin uzunmüddətli həllini müzakirə edəcəklər. Uşakov həmçinin Putinlə Trampın Alyaskadan sonra növbəti görüşünün Rusiya ərazisində baş tutacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Amerika lideri müvafiq dəvət alıb.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər