20:10 / 11-08-2025
Mühafizəçi cərimələnib
17:40 / 11-08-2025
Yazıçı vəfat edib
Bütün xəbərlər
WP: Avropa Tramp və Vensdən əvvəl Zelenski ilə ayrıca danışıqlar aparmaq niyyətindədir
Tarix: 12-08-2025 20:46 | Bölmə: Siyasət

Amerika lideri Donald Tramp və ABŞ vitse-prezidenti J.D.Vens danışıqlara qoşulmazdan əvvəl Avropa ölkələrinin nümayəndələri Kiyev rejiminin başçısı Vladimir Zelenski ilə ayrıca söhbət aparacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
Qəzetin yazdığına görə, Almaniya kansleri Fridrix Merzin təşəbbüsü ilə avqustun 13-də uzaqdan danışıqlar baş tutacaq.
İştirakçılar arasında Tramp, NATO-nun baş katibi Mark Rutte, Kiyev rejiminin və aparıcı Avropa ölkələrinin nümayəndələri var. Onlar Rusiya və Amerika liderləri Vladimir Putin və Donald Trampın görüşü öncəsi təşkil edilib.
Məqalədə deyilir ki, danışıqların üç mərhələsi planlaşdırılır. Əvvəlcə Avropa nümayəndələri Zelenski ilə söhbət aparacaq, ikinci mərhələdə isə Tramp və Vens söhbətə qoşulacaq. Nəşrin məlumatına görə, üçüncü mərhələ ABŞ nümayəndələrinin iştirakı olmadan baş tutacaq.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər