18:14 / 10-08-2025
Direktor boğularaq ölüb
Bütün xəbərlər
CNN: Zelenski Putinlə Trampın görüşü zamanı Alyaskaya uçmağa hazırlaşır
Tarix: 10-08-2025 17:14 | Bölmə: Siyasət

Kiyev rejiminin başçısı Vladimir Zelenski Alyaskaya Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında görüş keçirildiyi vaxt səfər edə bilər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə CNN yazır.
Telekanalın məlumatına görə, Amerika administrasiyası Putin və Tramp arasında orada keçiriləcək danışıqlar zamanı Zelenskinin Alyaskada olacağını istisna etmir.
Rəsmilərdən biri CNN-ə bildirib ki, Kiyev rejiminin rəhbəri ilə görüşlər yalnız Rusiya və Amerika liderləri arasında danışıqlardan sonra baş tuta bilər.
Telekanalın həmsöhbətinin qeyd etdiyi kimi, ABŞ intensiv diplomatik kampaniya aparmaqla müttəfiqlərinin dəstəyini almağa çalışır.
Putinlə Trampın görüşü avqustun 15-i cümə gününə planlaşdırılıb. Sammit Alyaskada baş tutacaq. Bu, Rusiya dövlətinin başçısının Amerikanın bu dövlətinə ilk səfəri olacaq.
Daha əvvəl CNN mənbələrə istinadən xəbər vermişdi ki, Zelenskinin Alyaskada keçirilməsi planlaşdırılan sammitin iştirakçısı olmayacaq, lakin onun bəzi görüşlərdə iştirakı istisna edilmir.




Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər