11:39 / 08-08-2025
Lotereyada 72,2 milyon udub
23:31 / 07-08-2025
Təyyarə məcburi eniş edib
Bütün xəbərlər
TASS: Putin və Trampın görüşü ilkin olaraq gələn həftənin sonuna planlaşdırılıb
Tarix: 08-08-2025 21:07 | Bölmə: Siyasət

"SkyNews" və NBC-nin Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən verdiyi məlumata görə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş ilkin olaraq gələn həftənin sonuna planlaşdırılıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS öz mənbəsinə istinadən bu məlumatı təsdiqləyib.
Kiyev rejiminin başçısı Vladimir Zelenskinin danışıqlarda iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
"Ağ Evin yüksək rütbəli rəsmisinin sözlərinə görə, Donald Tramp və Vladimir Putin arasında görüş gələn həftənin sonuna planlaşdırılıb", - agentlik yazır.
Görüşün yeri hələ də müzakirə olunur. "SkyNews" xəbər verir ki, mümkün məkanlara BƏƏ, Macarıstan, Roma və İsveçrə daxildir.
NBC öz növbəsində Rusiya tərəfinin danışıqlar üçün mümkün atəşkəs tələblərinin siyahısını hazırladığını bildirib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər