23:31 / 07-08-2025
Təyyarə məcburi eniş edib
19:18 / 06-08-2025
Mamont dişi tapılıb
Bütün xəbərlər
Zaxarova Moldova prezidenti Sandu ilə Saakaşvilini müqayisə edib
Tarix: 07-08-2025 23:36 | Bölmə: Siyasət

Moldova prezidenti Maia Sandu özünü Gürcüstanın keçmiş lideri Mixail Saakaşvili kimi aparır, daha pisdir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Qaqauziya rəhbəri Yevgeniya Qutsulun hökmü fonunda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat özünün Telegram kanalında Qaqauziyanın Kişinyov məhkəməsinin Qutsulla bağlı qərarını tanımaması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
“Sandu başqa Saakaşvilidir, ondan da pisdir”, - diplomat yazıb.
Bundan əvvəl Qutsul Şor partiyasını maliyyələşdirmək işi üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib. Qaqauziya Xalq Məclisi həbsdə olmasına baxmayaraq, muxtariyyətin rəhbəri kimi onun səlahiyyətlərini təsdiqləyib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər