19:18 / 06-08-2025
Mamont dişi tapılıb
Bütün xəbərlər
Putin Hindistanın baş nazirinin milli təhlükəsizlik müşaviri ilə görüşüb
Tarix: 07-08-2025 19:51 | Bölmə: Siyasət

Rusiya prezidenti Vladimir Putin Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Dovalı Kremldə qəbul edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Hindistanın baş nazirinin müşaviri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb və bu görüş zamanı o, Hindistan və Rusiyanın çox yaxşı münasibətlər qurmasının vacibliyini qeyd edib. O, həmçinin vurğulayıb ki, Hindistan Vladimir Putinin 2025-ci ilin sonunda səfərini gözləyir.
“Times Now” telekanalının məlumatına görə, Doval ABŞ-ın artan təzyiqləri fonunda Rusiya və Hindistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək üçün Rusiyanın paytaxtına gəlib. Onun ardınca Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Moskvaya gələcək.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər