14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
Peskov: "Modi Ukrayna məsələsində vasitəçi kimi görünmür"
Tarix: 09-07-2024 17:37 | Bölmə: Siyasət

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi Ukrayna mövzusunu konstruktiv müzakirə ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kreml nümayəndəsinin də qeyd etdiyi kimi, Modi Ukrayna münaqişəsinin həlli səylərində vasitəçilik etmək iddiasında deyil. “Hamı sülhü müzakirə edir, hamı sülh tərəfdarıdır, biz də bizim üçün təhlükəsizliklə sülhün tərəfdarıyıq, buna görə də təbii ki, hamı fikir mübadiləsi aparır”, - deyə, Peskov bildirib.
RİA Novosti yazır ki, Putin və Modi arasında dar formatda danışıqların müddəti təxminən 2,5 saat olub. Peskov həmçinin bildirib ki, Rusiya prezidenti və Hindistanın baş naziri dar formatda danışıqlar zamanı bütün gündəliyi hərtərəfli müzakirə ediblər.



Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər