23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
Bütün xəbərlər
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
Tarix: 20-09-2026 18:03 | Bölmə: Siyasət


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsdə olduğu Tbilisidə keçirilən məhkəmə iclasında Ukraynanın dövlət himnini oxudu. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Saakaşvili əvvəllər məhbus mübadiləsi çərçivəsində vətəndaş kimi Ukraynaya köçürülməsini tələb etmişdi.Gürcüstan hakimiyyəti bu təklifi rədd etmişdi.
Avqust ayında Saakaşvili Gürcüstan həbsxanasındakı şəraitindən şikayətləndi.O, iddia edir ki, kiçik, qaranlıq və havalandırılmayan kamerada saxlanılır.Saakaşvili vurğuladı ki, Gürcüstan hakimiyyəti onun iradəsini qırmaq üçün ona hərbi əsir kimi davranır.



Baxış sayı: 10


Bölməyə aid digər xəbərlər