Bütün xəbərlər
Ərəb KİV-də Zəfər Qurultayı barədə məqalə dərc olunub
Tarix: 03-05-2022 13:40 | Bölmə: Siyasət
                     


Ərəb KİV-i Dünya Azərbaycanlılarının V Qurultayı barədə məqalələr dərc etməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, Əlcəzairin “Cəzairinfo” və ”Əl Hərir” portallarında, həmçinin İraqın “Mustaqila” agentliyinin saytında yayımlanan “Azərbaycanın incisi Şuşada diasporun Zəfər Qurultayı” sərlövhəli məqalədə bu mühüm tədbir barədə ətraflı məlumat verilib.
Məqalənin müəllifi, suriyalı türkmən tədqiqatçı Muxtar Fatih Beydili Zəfər Qurultayının türk dünyasının qəlbi olan Şuşa şəhərində keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, tədbirin bu cür adlanması İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə bağlıdır. Dövlətimizin başçısının “Şuşa hər birimizi cəzb edir” sözlərinin yer aldığı yazıda ötən il dekabrın 24-də özünün ad gününü Şuşada qeyd edən Azərbaycan Prezidenti şəhərdə həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs etdiyi qeyd olunub.
Müəllif Azərbaycan Prezidentinin Zəfər Qurultayındakı çıxışında da bu proses haqqında məlumat verdiyini diqqətə çatdırıb, həmçinin diaspor təşkilatlarının fəaliyyətinin əhəmiyyətindən ətraflı bəhs edib. Qeyd olunur ki, Prezident İlham Əliyev çıxışında ümummilli lider Heydər Əliyevin “Şuşasız Qarabağ və Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur” kəlamını xatırladaraq, bu şəhərin təkcə qarabağlılar üçün deyil, bütün azərbaycanlılar üçün əziz olduğunu söyləyib.
Məqalədə Şuşada olan tarix-mədəniyyət abidələri, şəhərin erməni işğalı altında olduğu vaxt onların məhv edilməsi barədə də məlumat yer alıb.


Baxış sayı: 262


Bölməyə aid digər xəbərlər