Bütün xəbərlər
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
Tarix: 09-09-2026 14:29 | Bölmə: Siyasət


 Rusiya xarici işlər naziri Sergey Lavrov 15 sentyabrda "Ukrayna münaqişəsi və Qərbin hüquqi təcavüzü" mövzusunda dəyirmi masada iştirak edəcək. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, tədbirin Diplomatik Akademiyada keçiriləcəyini Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqladı.
"Dəyirmi masada beynəlxalq təşkilatların nümayəndələri, eləcə də müxtəlif ölkələrdən 110-dan çox səfir iştirak edəcək.
15 sentyabrda Diplomatik Akademiya Moskva diplomatik korpusu üçün 13-cü dəyirmi masasını təşkil edəcək".
ZAXAROVA DEYİB.
O əlavə edib ki, nazir çıxışı zamanı Kiyev və onun Qərb sponsorları tərəfindən beynəlxalq ədalətdən fürsətçi şəkildə istifadə edilməsini, eləcə də Rusiya aktivlərini ələ keçirmək üçün yalançı hüquqi mexanizmlər yaratmalarını vurğulayacaq.
Zaxarova daha əvvəl qeyd etmişdi ki, Rusiyadan qayıdan Qərb diplomatları öz ölkələrində müxalifətə qoşulurlar. O bildirib ki, onlar çox vaxt hökumətlərinin hərəkətlərini şübhə altına alırlar ki, bu da əslində əhaliyə zərər verir.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər