Bütün xəbərlər
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
Tarix: 10-09-2026 10:29 | Bölmə: Siyasət


Kiyev lideri Vladimir Zelenskinin təyyarəsinə Moldova ərazisində pilotsuz uçuş aparatı tərəfindən təhdid edilməyib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Moldova hökumətinin mətbuat katibi Dumitru Çioriç bildirib.
Onun sözlərinə görə, Moldova hava məkanı 8 sentyabr günortadan sonra Ukraynadan Moldova ərazisinə daxil olan dron səbəbindən bağlanıb. O, əlavə edib ki, Moldova hərbçiləri obyekti Rumıniya ilə sərhədi keçənə qədər izləyiblər.
"Bu tədbir üç uçuş və dörd eniş gecikməsinə səbəb olub. Eyni səbəbdən Vladimir Zelenskinin təyyarəsi də Kişinyov Beynəlxalq Hava Limanından gecikib".
ÇİORİÇ DEDİ.
Moldova hökumətinin mətbuat katibi "Zelenskinin təyyarəsinə birbaşa təhlükə olmadığını" vurğuladı.
Bir müddət əvvəl Norveçin Baş naziri Yonas Qar Störe Kiyev rejiminin təyyarəsinin Moldovada uçuş zamanı az qala dronla toqquşacağını bildirmişdi.
Bu arada Ukrayna mediası Zelenskinin təyyarəsinə təhlükə ilə bağlı iddiaları şişirdilmiş adlandırdı.




Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər