17:37 / 14-09-2026
Ər arvadını boğub
Bütün xəbərlər
Britaniya mediası Patruşevin Polşanın taleyi ilə bağlı açıqlamalarını "qorxulu" adlandırdı
Tarix: 15-09-2026 18:07 | Bölmə: Siyasət


 Rusiya prezidentinin köməkçisi Nikolay Patruşevin Varşavanın mümkün hərbi təcavüzünün nəticələri ilə bağlı xəbərdarlığı Böyük Britaniyada ajiotaj yaradıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "The Daily Express" Patruşevin açıqlamalarını "qorxulu" adlandırıb.
Rusiya prezidentinin köməkçisi vurğulayıb ki, münaqişə başlasa, Polşa bir neçə gün ərzində mövcudluğunu dayandıra bilər. Patruşev Polşa xarici işlər naziri Radoslav Sikorskinin NATO-nun Rusiya üzərində guya asan qələbəsi ilə bağlı açıqlamalarına cavab olaraq onları həvəskar adlandırıb.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Polşa nazirinin açıqlamalarını tənqid edərək, onları rusofobik hisslərlə əlaqələndirib.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər