20:00 / 16-09-2026
Tikinti bazarı yanır
Bütün xəbərlər
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
Tarix: 17-09-2026 16:57 | Bölmə: Siyasət

 Rusiya və Ermənistan arasındakı münasibətlər çoxqatlıdır və bu təbəqələrin daxilində çoxsaylı problemlər mövcuddur. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
O, iki ölkənin hakimiyyət orqanlarının bir-biri ilə işləməyə davam etdiyini qeyd edib.

"Bişkekdə Rusiya ilə danışıqlar zamanı əldə edilən razılaşmalara uyğun olaraq, iki dövlət arasında münasibətlərin "inventarı" aparılır.
Və biz onların hansı təbəqələrdən ibarət olduğunu görürük.Çünki birdən bir məsələ, məsələn, dəmir yolu ortaya çıxır və biz hər şeyi unudaraq dəmir yoluna diqqət yetiririk. Sonra qaz məsələsi var. Ermənistan-Rusiya münasibətləri çoxqatlıdır və bu təbəqələrin daxilində çoxsaylı problemlər, məsələlər və imkanlar var və biz onları bütövlükdə nəzərdən keçiririk".
O, əlavə etdi.
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Ermənistana beynəlxalq əməkdaşlığı zorla qəbul etdirmək niyyətində deyil.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər