17:53 / 24-08-2026
Alman milyarder vəfat etdi
Bütün xəbərlər
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
Tarix: 24-08-2026 19:50 | Bölmə: Siyasət


 Kremlin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi günü Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar ilə görüşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Putin Kremldə Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib.
MƏLUMATDA DEYİLİR.
Kreml tərəfindən yayımlanan videoda Putin və Cayşankar görüşün əvvəlində əl sıxıblar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov da iştirak edir.
Cayşankarın Rusiyaya səfəri 23-24 avqust tarixlərində baş tutur.Səfəri zamanı hindistanlı nazir artıq Rusiya Baş nazirinin birinci müavini Denis Manturovla görüşüb.
Daha əvvəl bildirilmişdi ki, Hindistan xarici işlər naziri Rusiya-Hindistan Hökumətlərarası Ticarət, İqtisadi, Elmi, Texniki və Mədəni Əməkdaşlıq Komissiyasının 27-ci iclasına sədrlik edəcək və həmçinin Lavrovla görüşəcək.




Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər