Bütün xəbərlər
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
Tarix: 10-09-2026 18:50 | Bölmə: Siyasət


Əlcəzair hakimiyyəti Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə APS xəbər agentliyi Əlcəzair Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, qərar münasibətləri qorumaq üçün "bütün vasitələri tükətdikdən" sonra verilib.
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib
İki ölkə arasındakı münasibətlər daxili işlərə və regional təhlükəsizliyə müdaxilə ilə bağlı fikir ayrılıqları səbəbindən gərginləşib. Bu ilin fevral ayında Əlcəzair BƏƏ ilə hava əlaqəsi müqaviləsinin ləğvi prosesinə başlayıb.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər