17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
Tarix: 27-08-2026 18:46 | Bölmə: Siyasət


Qrenlandiya qadınları Danimarka hakimiyyətinin adanın doğum nisbətini nəzarətdə saxlamaq üçün Qrenlandiya sakinlərinə tətbiq etdiyi məcburi kontrasepsiya təcrübəsinə görə kompensasiya alacaqlar. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Danimarka Parlamenti kompensasiya məbləğini təsdiqləyib.
"Ritzau" xəbər agentliyinin məlumatına görə, kompensasiya 300.000 kron təşkil edəcək. Bu, 3.972.000 rubla bərabər olan 46.730 dollardır.
Bu kompensasiya aysberqin yalnız görünən hissəsidir. Bu, edə biləcəyimiz ən az şeydir.
1960-cı illərdən 1991-ci ilə qədər Qrenlandiyada yetkinlik yaşına çatmayan qız və qadınlara doğuşdan və ya hamiləliyin dayandırılmasından sonra uşaqlıqdaxili cihazlar (spiral) taxılırdı. Bu, çox vaxt xəstələrin xəbəri və ya razılığı olmadan edilirdi.
Kontrasepsiya istifadə etməyə məcbur edilən 143 qadın Danimarka hökumətindən 43 milyon kron təzminat tələb edib. Bu, 6,1 milyon dollardan və ya 518 milyon rubldan çoxdur. Qadınlar Danimarkanın adada soyqırım siyasəti həyata keçirdiyinə inanırlar.
6-7 sentyabr tarixlərində Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bu muxtar Danimarka ərazisinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı razılaşma əldə etmək üçün Qrenlandiyaya səfər edəcək.Donald Trampın prezidentlik müddətinin sonuna qədər adanı Amerika ərazisi etmək planlarından sonra Qrenlandiyanın təhlükəsizliyi avropalılar üçün təcili məsələyə çevrilib.




Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər