Bütün xəbərlər
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
Tarix: 10-09-2026 17:33 | Bölmə: Siyasət

Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın üzvü Geqam Manukyan "İzvestiya"ya bildirib ki, Ermənistan Parlamenti Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, millət vəkilinin aydınlaşdırdığına görə, bu məsələ "yalnız ictimai və informasiya platformalarında" müzakirə olunur. O, əlavə edib ki, bu mövzu ilə bağlı heç bir konkretlik yoxdur.
Rəsmi olaraq, belə müzakirələr aparılmır.
MANUKYAN BİLDİRİB.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistan hakimiyyəti Rusiya hərbi kontingentinin mövcudluğunu lazımsız hesab edərsə, Rusiyanın Gümrüdən qoşunlarını çıxarmağa hazır olduğunu bildirmişdi. Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Moskva belə bir qərar verərsə, Yerevan etiraz etməyəcək.




Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər