20:58 / 27-07-2026
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
20:54 / 27-07-2026
Paşinyan və Putin Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərdəki problemləri müzakirə etdilər
20:42 / 27-07-2026
Elbrusda ölən alpinistlər pişiklərini də yürüşə apardılar
20:38 / 27-07-2026
Tanımadığı bir şəxs uşağı oyun meydançasından aparmağa çalışıb
20:34 / 27-07-2026
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
17:53 / 27-07-2026
İtaliya Pirlonu milli komandanın baş məşqçisi təyin etməmək qərarına gəlib
17:49 / 27-07-2026
ABŞ 6G şəbəkələrinin inkişafını sürətləndirmək üçün qlobal tərəfdaşlığa başlayacaq
17:47 / 27-07-2026
Taylandda mütəşəkkil cinayətkar qrupa rəhbərlik etməkdə şübhəli bilinən Rusiya vətəndaşı həbs edilib
17:41 / 27-07-2026
İranlı dənizçinin ölümündən sonra Tehran Kiyevə sərt cavab verə bilər
17:34 / 27-07-2026
Hindistan Xarici İşlər Nazirliyi Ukrayna səfirini çağırdı
17:28 / 27-07-2026
Bir neçə AB ölkəsi Ukraynanın Avropaya inteqrasiyasını Serbiyanın üzvlüyü ilə əlaqələndirə bilər
17:26 / 27-07-2026
Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına daxil olan raketlər açıqlanıb
17:21 / 27-07-2026
Amerika qəzeti Epşteynin milyonlarının varisini açıqlayıb
17:18 / 27-07-2026
NLO gördülər
17:15 / 27-07-2026
Britaniya Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Ukraynadakı vəziyyətlə bağlı Qərb təbliğatını təkzib etdi
17:11 / 27-07-2026
Keçmiş Britaniya zabiti Ukraynanın hərbi rəhbərliyindəki kadr dəyişikliklərini qiymətləndirdi
17:05 / 27-07-2026
10 milyon rubl dəyərində saat və zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işi açılıb
16:23 / 27-07-2026
Dnepr çayında çimərkən itkin düşən yeniyetmənin cəsədi tapılıb
16:20 / 27-07-2026
Rumıniyaya daha bir pilotsuz təyyarə uçub
16:17 / 27-07-2026
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23:38 / 26-07-2026
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
20:46 / 26-07-2026
Elbrus dağında həlak olan iki alpinistin cəsədlərini təxliyə ediblər
20:35 / 26-07-2026
Rusiya Silahlı Qüvvələrinin yeni "Banderol" raketinin zərbəsinin videosu yayımlanıb
20:29 / 26-07-2026
Rostov-na-Donda baş verən "əsrin qasırğası"nın nəticələrinin görüntüləri dərc edilib
20:26 / 26-07-2026
"Axmat" üzərində evdə qələbə qazana bilmədilər
20:22 / 26-07-2026
Putin etiraf edib ki, bəzən bloqerləri izləməkdən həzz alır
20:14 / 26-07-2026
Putin ordenli Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti ilə şampan şərabı içərək söhbət etdi
20:10 / 26-07-2026
Kiçik raket gəmisi "Burya" müdafiə sisteminə daxil olub
20:07 / 26-07-2026
Media: İran Pakistana ABŞ ilə dialoqu sadəcə "dayandırdığını" bildirdi
19:59 / 26-07-2026
Solovyov qeyd edib ki, İran Xəzər dənizində Kiyevin gəmiyə hücumunu görməzdən gəlməyəcək
19:56 / 26-07-2026
Rumıniya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
19:50 / 26-07-2026
Oveçkin, Kuçerov və digər dörd rusiyalı 2027-ci il Ulduzlar Komandasına daxil edilib
19:48 / 26-07-2026
Bir ekspert ABŞ-ın İrana qarşı müharibəsinin real xərcləri ilə bağlı fikirlərini açıqladı
19:40 / 26-07-2026
Sanatoriyada uşaqlar xəstələndi, iş açıldı
19:36 / 26-07-2026
Almaniya Daxili İşlər Nazirliyi: Berlində izdiham hücumunda şübhəli şəxs insanlara hücum edib
“Ermənistan ərköyünləşir, həqiqətləri inkar etdikcə daha aciz olur”
Tarix: 01-10-2020 11:59 | Bölmə: Siyasət
“Real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğat əbədi olmaqla yanaşı, dünyaya ədalət çağırışının edilməsində heç bir tərəddüdlə, təəccüblə qarşılaşmır. Tarix faktlara əsaslandığı qədər də saxtakarlığı sevmir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.
V. Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev 30 ildən artıqdır ki, davam edən Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daim ciddi səylər göstərir, erməni yalanlarını faktlar əsasında ifşa edir, ən yüksək tribunalardan dünyanın hüquq problemini yaşadığını önə çəkərək, işğalçı dövlətə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığı, beynəlxalq təşkilatların qərar və qətnamələrini icra etmədiyi üçün sanksiyaların tətbiq edilməsini tələb edir:
“Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin BMT tribunasından Ermənistanın işğalçılıq siyasəti ilə bağlı növbəti təkzibolunmaz faktları və dəlilləri dünya ictimaiyyətinə çatdırması, işğalçı dövlətin müharibəyə hazırlaşdığını əsaslı şəkildə bildirməsi qarşı tərəfin yalanlarının miqyasını ifşa etdi, ən əsası Ermənistanın hiyləgər, riyakar bir dövlət olduğunu təsdiqlədi”.
V.Rəhimzadə diqqəti “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş Naziri Nikol Paşinyanın aparıcıların suallarını cavablandırmalarına yönəldərək bildirib ki, bir tərəfdə həqiqət, beynəlxalq hüquq, ərazi bütövlüyü prinsipi, digər tərəfdə isə yalan, böhtan, hüququn kobul şəkildə pozulması və ərazi bütövlüyü prinsipinə hörmətsizlik dayanırdı:
“Dövlətimizin başçısı cənab İlham Əliyev aparıcıların suallarını, necə deyərlər, daşdan keçən faktlar və dəlillər əsasında cavablandırmaqla bir daha bəyan etdi ki, Ermənistanın son təxribatlarının, bəyanatlarının xronologiyasına diqqət yetirsək görərik ki, işğalçı dövlətin müharibəyə hazırlaşdığı özünü qabarıq şəkildə büruzə verir. BMT tribunasından da bu məqam dünyaya çatdırıldı. Hakimiyyəti zəbt etdiyi ilk gündən danışıqlar prosesinin formatını dəyişməyə, qondarma Dağlıq Qarabağ rejimini tərəf kimi prosesə cəlb etməyə cəhd göstərən Nikol Paşinyan "Qarabağ Ermənistandır" bəyanatı ilə açıq-aşkar danışıqların davam etdirilməsində maraqlı olmadığını təsdiqlədi. Eyni zamanda, qondarma Dağlıq Qarabağ respublikasında keçirilən “seçkilər”, hazırda işğal olunmuş ərazilərimizdə süni məskunlaşdırma siyasətinin həyata keçirilməsi Ermənistanın məkrli planlarının nədən ibarət olduğunu açıqlayır.
Azərbaycan münaqişənin sülh yolu ilə çözülməsində maraqlıdır. Amma imitasiya naminə danışıqlar aparmaq istəmir, daim bəyan edir ki, sülh danışıqları nəticəli olmalıdır. Dünya koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirdiyi, bu bəşəri bəladan xilas olmaq üçün birgə yolların axtarıldığı bir zamanda Ermənistanın dəfələrlə cəbhə xəttində təxribatlar törətməsinə nə ad vermək olar? İşğalçı dövlət öz daxili gərginliyini ört-basdır etmək, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanda baş verənlərdən yayındırmaq üçün ən çirkin yollara əl atır. Ermənistanın Baş Nazirinin həmin verilişdə Azərbaycana mənəvi dəstək göstərən qardaş Türkiyənin ünvanına şər, böhtan xarakterli, həqiqətə uyğun olmayan fikirlər səsləndirməsi də onun alçaq niyyət və məqsədlərinin tərkib hissəsidir”.
Baş redaktor əlavə edib ki, N.Paşinyan belə əsassız təbliğat aparır ki, guya sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağa qarşı tammiqyaslı hərbi təcavüzə başlayıb, artilleriyadan və yaylım atəşi sistemlərindən istifadə etməklə Dağlıq Qarabağın yaşayış məntəqələrini bombalayırlar:
“Utanıb-qızarmadan bəyan edir ki, Türkiyə bu prosesə cəlb edilib. Guya Türkiyənin hərbi təlimçiləri və yüksək vəzifəli hərbçiləri Azərbaycanın komanda məntəqələrindədir. Ermənistanın Baş Naziri həyasızcasına bir qədər də irəli gedərək bildirir ki, beynəlxalq birlik Türkiyəni Cənubi Qafqazdan çıxmağa məcbur etmək və Azərbaycanı təcavüzü, təcavüzkar hərəkətlərini, hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün konkret səy göstərməlidir. 30 ildən artıqdır ki, özünü riyakarcasına dünyaya “yazıq, məzlum, işğala məruz qalan” dövlət kimi təqdim etmək istiqamətində səylər göstərən Ermənistan hakimiyyəti öz siyasi savadsızlığını növbəti dəfə qabarıq şəkildə büruzə verir, eyni zamanda, nə qədər aciz, cılız olduğunu təsdiqləyir. Dağlıq Qarabağı gah Ermənistanın tərkib hissəsi, gah da müstəqil qurum kimi təqdim edən savadsız və debil Nikol Paşinyanın tarixi öyrənməyə böyük ehtiyacı vardır”.
Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev bütün çıxışlarında, həmçinin beynəlxalq təşkilatların tribunasından, mötəbər tədbirlər çərçivəsində dünyanın nüfuzlu KİV-nə müsahibələrində hər zaman Ermənistan rəsmilərinə tarix dərsini keçir:
“Ermənistanın bu gün Türkiyəni tənqid atəşinə tutmasının səbəbləri bəllidir və bunu dövlətimizin başçısı İlham Əliyev belə əsaslandırıb. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur.
Rəsmi Ankaranın Azərbaycanın mövqeyini dəstəkləməsi, Azərbaycanın yanında olması işğalçı dövləti hər zaman narahat edir. Digər bir narahatçılıq isə dost ölkənin münaqişənin həllində vasitəçiliyə cəlb edilməsinin gündəmdə olmasıdır. Simasızlığı, riyakarlığı, yalanı siyasətinin əsas prinsipi kimi qəbul edən işğalçı dövlətdən ədalətli yanaşma, həqiqətə uyğun fikir gözləmək mümkün deyil. N.Paşinyanın Azərbaycan Ordusunun qələbəsini inkar etməsi, Azərbaycanın hərb yolunu seçməsinin mümkünsüzlüyünü bildirməsi də deyilənlərin təsdiqidir.
Dünya birliyi bu reallığı qəbul etməlidir ki, beynəlxalq hüquq maraqların arxasında əridikcə Ermənistan ərköyünləşir, həqiqətləri inkar etdikcə daha aciz, gülünc duruma düşür”.
Baxış sayı: 490
Bölməyə aid digər xəbərlər

Dünən, 17:28
Bir neçə AB ölkəsi Ukraynanın Avropaya inteqrasiyasını Serbiyanın üzvlüyü ilə əlaqələndirə bilər
Dünən, 17:11
Keçmiş Britaniya zabiti Ukraynanın hərbi rəhbərliyindəki kadr dəyişikliklərini qiymətləndirdi
26-07-2026, 19:59
Solovyov qeyd edib ki, İran Xəzər dənizində Kiyevin gəmiyə hücumunu görməzdən gəlməyəcək
26-07-2026, 19:56
Rumıniya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
26-07-2026, 19:48
Bir ekspert ABŞ-ın İrana qarşı müharibəsinin real xərcləri ilə bağlı fikirlərini açıqladı
23-07-2026, 23:25
Almaniya Azərbaycanın sülh gündəliyini regional sabitliyin əsas faktoru hesab edir-Könül Nurullayeva
23-07-2026, 13:08
Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür
23-07-2026, 12:36
Lantratova Ukraynanın məhbus mübadiləsi üçün seçmə prinsipindən danışdı
23-07-2026, 12:33
ABŞ İrana zərbələr endirmək üçün uzun mənzilli "B-1" bombardmançı təyyarəsi yerləşdirdi
22-07-2026, 13:09
Sırski Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsindən istefa verdiyini təsdiqlədi
22-07-2026, 12:53
Lavrov Şri-Lanka Xarici İşlər Naziri ilə danışıqlar aparır
22-07-2026, 08:11
Lavrov Rusiyanın mövqeyini izah etdi
21-07-2026, 18:29
Politoloq ABŞ-ın Yaxın Şərqdə hansı tədbirlər görə biləcəyini izah etdi
21-07-2026, 11:52
AŞPA obyektivlik, bərabərlik və qərəzsizlik prinsiplərinə sadiq qalmalıdır-Könül Nurullayeva
20-07-2026, 20:32
İtaliya diplomatlarının deportasiyasını Romanın hərəkətlərinə qarşı qisas tədbiri adlandırdı
20-07-2026, 19:01
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Sırskinin istefası ilə bağlı şayiələri təkzib edib
20-07-2026, 18:40
Ekspert Londonun siyasətinin Baş nazir Börnemin dövründə dəyişib-dəyişməyəcəyini açıqladı
19-07-2026, 20:05
NATO "Patriot" raketlərinin ciddi çatışmazlığı ilə üzləşir
19-07-2026, 11:51
Dövlət Duması cinayət qeydləri olan miqrantların Rusiyada yaşamasını qadağan edən qanun layihəsini nəzərdən keçirəcək
16-07-2026, 20:47
Zelenski Ukraynanın müdafiə naziri vəzifəsinə müvəqqəti Təhlükəsizlik Xidmətinin rəhbəri Xmaranı təklif etdi.
16-07-2026, 16:49
Kreml Ukrayna və İran ətrafındakı vəziyyətlər arasında paralellər çəkməkdən çəkinirdi
16-07-2026, 16:38
Dövlət Duması Rusiyanın nüvə triadası qüvvələrini Ukrayna pilotsuz təyyarələrinin zərbələrinin əsas hədəfi hesab edir
16-07-2026, 16:17
Politoloq Vuçiçin Kiyev sammitinə niyə getdiyini izah etdi
15-07-2026, 20:01
Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir
15-07-2026, 19:58
Polşa Müdafiə Naziri Ukraynaya qarşı üç tələb irəli sürdü
15-07-2026, 19:34
Milli Kəşfiyyat Direktoru vəzifəsinə namizəd Rusiya ilə münasibətlərin yaxşılaşdırılması üçün şərt irəli sürüb
15-07-2026, 19:22
Zaxarova Qərbi Ukraynaya silah təchizatını dayandırmağa çağırdı
13-07-2026, 19:23
Almaniya səfirinə Berlinin Ukrayna Silahlı Qüvvələrinə qarşı terror hücumlarında iştirakının yolverilməzliyi barədə xəbərdarlıq edib
12-07-2026, 20:10
Dövlət Duması Kubanın gələcəyinə inamını qeyd etdi
10-07-2026, 20:24
Azərbaycanın əsas prioritetlərindən biri regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır-Könül Nurullayeva
8-07-2026, 21:04
Politoloq: "NATO zirvəsi Türkiyə ilə Rusiya arasındakı əlaqələri pozmaq məqsədi daşıyır"
7-07-2026, 20:40
Ermənistan məhkəməsi müxalifət partiyasının rəhbərini həbs edib
7-07-2026, 20:33
Peskov: "Ukraynanın vəziyyəti hər gün pisləşir"
7-07-2026, 20:26
Bu qanun həm də gənclərin maliyyə savadlılığının yüksəldilməsinə töhfə verəcək-Könül Nurullayeva
6-07-2026, 19:57
Rusiya İranın nüvə məsələsinin həllində iştirak etmək niyyətindədir
6-07-2026, 19:53
Rusiya İsveçdən Vyana Konvensiyasına riayət etməyi tələb etdi
6-07-2026, 19:25
Mişustin və Paşinyan təxminən 90 dəqiqəlik görüş keçiriblər
6-07-2026, 19:22
Vitkov və Kuşnerin Rusiyaya səfəri ilə bağlı açıqlama verdi
6-07-2026, 19:17
Rusiyanın Bakıdakı səfiri Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən çağırılıb