Bütün xəbərlər
Ərdoğan İlham Əliyevə zəng etdi
Tarix: 22-09-2020 23:00 | Bölmə: Siyasət

                  Ərdoğan İlham Əliyevə zəng etdi


Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.
Türkiyə Prezidenti dünən Ermənistanın təxribatı nəticəsində dövlət sərhədində Azərbaycan hərbi qulluqçusunun şəhid olması ilə əlaqədar dövlət başçısına və Azərbaycan xalqına başsağlığı verib.
Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana daim göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Dövlət başçıları dost və qardaş Türkiyə ilə Azərbaycanın həmişə olduğu kimi, bundan sonra da bir-birinin yanında olacağını vurğulayıblar.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib.


Baxış sayı: 354


Bölməyə aid digər xəbərlər