18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
15:45 / 03-11-2026
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva "3+3" görüşü keçirməyə ümid edir
15:42 / 03-11-2026
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
“Kimdir sülh tərəfdarı: “Kalaşnikov”la təlim keçən Akopyan?” - Komitə sədri
Tarix: 10-09-2020 01:30 | Bölmə: Siyasət
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri Hicran Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb.
Baxış sayı: 681
Bölməyə aid digər xəbərlər
Tarix: 10-09-2020 01:30 | Bölmə: Siyasət
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri Hicran Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Hicran xanım, dini və milli dəyərlərə ayrı-seçkilik və dözümlülük, fundamental hüquqların toxunulmazlığı ilə bağlı vəziyyəti necə dəyərləndirirsiniz?
- Ölkəmiz tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə olub. Bunu bütün tarixi mənbələr təsdiq ediblər. Azərbaycanda çoxsaylı etnosların və müxtəlif dinlərin nümayəndələri birlikdə sülh şəraitində yaşayıb. Heç vaxt bu ərazidə milli ayrı-seçkilik, dini qarşıdurma olmayıb. Azərbaycan ərazisində yaşayan ermənilər isə digər millətlərdən fərqli olaraq torpaq iddialarını ortaya atıb. Məhz erməni təcavüzü nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlardan 400 mindən çoxu qadın, 300 mindən çoxu isə uşaqlar olub. Hərbi münaqişə dövründə minlərlə azərbaycanlı qadın həlak olub, yaralanıb, ağılasığmaz işgəncələrə və təhqirlərə məruz qalıb. Müharibənin dəhşətləri qadın və uşaqlarda dərin psixoloji iz buraxıb. Yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edib. Həmçinin bu gün işğal edilmiş bölgələrdə və Ermənistanla sərhəd rayonlarında yaşayan qadın və uşaqların səhhətində ciddi problemlər var. Amma bütün bunlara baxmayaraq Azərbaycan dövləti bütün kateqoriyadan olan vətəndaşlarına həssas yanaşır. Xüsusən də qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, mənzil-məişət şəraitlərinin yaxşılaşması istiqamətində zəruri addımlar atılıb. Qaçqınların və məcburi köçkünlərin problemləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir. Azərbaycan dövləti hər zaman beynəlxalq prinsiplərə hörmətlə yanaşır və bütün məsələlərin sülh yolu ilə həll olunmasına tərəfdardardır. Ölkəmizin qoşulduğu bir sıra beynəlxalq sənədlər və Konvensiyalar da bunu əyani sübut edir. Bunlardan biri də Sülh və təhlükəsizlik haqqında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsidir. BMT-nin TŞ-sı sülh quruculuğunda qadınların rolunu hər zaman diqqətədə saxlayıb. Bu məqsədlə bərabər hüquqlu iştirakının zəruriliyinə diqqət çəkilir. Bu məqsədlə 31 oktyabr 2000-ci ildə Qadınlar, Sülh və Təhlükəsizlik üzrə 1325 saylı Qətnaməni qəbul edilib. Eyni zamanda BMT-nin TŞ-nın qadın, sülh və təhlükəsizlik mövzusunda qəbul etdiyi səkkiz qətnaməsi mövcuddur. 1325 saylı Qətnamə üzv ölkələrdə münaqişələrin qarşısının alınması, idarə edilməsi ilə bağlıdır. Qətnamədə həmçinin qadınların milli, regional və beynəlxalq səviyyələrdə təmsilçiliyinin artırılmasına da çağırış edilir.
- Ölkəmizdə qadın hüquqlarının qorunması və təşviqi sahəsində vəziyyəti necə qiymətləndirmək olar?
- Azərbaycan hökuməti qadın hüquqlarının təşviqi sahəsində beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə xüsusi önəm verir. Ölkəmiz hazırda beynəlxalq səviyyədə qadın hüquqlarının təşviqində fəal iştirak edir. Bunun nəticəsi olaraq ölkəmizdə bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilir. Heydər Əliyev Fondunun və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda beynəlxalq forum keçirildi. Bu forumun keçirilməsi məhz qadınların cəmiyyət həyatındakı fəal mövqeyini bir daha təsdiq edir. Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərin konfransı da mühüm əhəmiyyət kəsb edirdi. “Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması” və digər beynəlxalq əhəmiyyətli konfranslarda qaldırılan məsələlər bütün dünyaya bir mesaj idi. Bu tədbirlər qadınların, qızların hüquqlarının müdafiəsinə, sülh və təhlükəsiz şəraitdə yaşaması istiqamətində öz mühüm töhfəsini verəcək.
- Münaqişədən əziyyət çəkmiş cəmiyyətlərdə qadınların rolu arxa plana keçir. Azərbaycan qadını bu gün cəmiyyətin formalaşmasında nə dərəcədə aktivdir?
- Azərbaycan göstəriş xatirinə, kimlərəsə xoş gəlsin deyə heç bir addım atmır. Sözün əsl mənasında həm xalqımız, həm də başqaları üçün sülh və əmin-amanlıq istəyirik. Lakin əfsuslar olsun ki, biz qarşı tərəfdən tamam başqa mənzərə seyr edirik. İşğalçı Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan davamlı olaraq sülhün əleyhinə olduğunu isbat edir. Sözdə bir, əməldə isə başqa cür hərəkət edən siyasətçilər var. Onların ailəsi isə sülh və təhlükəsizlik prosesinə maneə yaradırlar. Hətta öz xalqını aldatmaqdan belə çəkinmirlər.
- Sizcə, bunun kökündə hansı amil dayanır?
- Kimdir sülh tərəfdarı? Oğlu, qızı, həyat yoldaşı, bacısı, qardaşı, valideynləri şəhid olan, işgəncələrə məruz qalan, evindən, el-obasından qovulmasına baxmayaraq sülh çağırışları edən Azərbaycan qadınıdır. Qarşı tərəfdə isə sülh çağırışı edə-edə “Kalaşnikov” avtomatı ilə təlim keçən erməni qadını var. Özü də bu qadın sadə bir insan deyil. O baş nazirin xanımı, “Qadınlar sülh naminə” təşkilatının rəhbəridir. Bu isə erməni siyasətinin əsl mahiyyətidir. Avqustun 25-dən 31-dək müxtəlif yaş qruplarından olan 15 erməni qadın hərbi təlimlərdə iştirak edib. Harada? Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində. Kimə? Azərbaycanlılara qarşı. Doğrudur tarixdə bir çox nümunələr var ki, qadınlar da kişilərlə bərabər vuruşub. Lakin onlar öz torpaqlarının azadlığı uğrunda mübarizə aparıb.
- Sülh carçısı birdən-birə niyə müharibə ovqatına kökləndi?
- Anna Akopyan bir müddət öncə ölən erməni əsgərlərinin analarını toplayıb Azərbaycan analarına müraciət etməyə çağırmışdı. İndi özü hərbi təlim keçməklə bu çağırışların siyasi manevr olduğunu göstərir. Çünki çağırışlar övlad itirmiş erməni analarını sakitləşdirməyə, beynəlxalq ictimaiyyətə isə sülh tərəfdarı olduqlarını göstərməyə hesablanmışdı. Bunun əksinə ilk olaraq da elə öz cəmiyyətləri tərəfindən ifşa edildi. Bir çoxları təlimləri tənqid edərək, ölkədəki ağır vəziyyətdən diqqət yayındırmağa çalışıldığını bildirdi.
A.Akopyan sülh çağırışlarını unudaraq mülki azərbaycanlıların yaşadıqları kəndləri hədəf göstərir. Erməni qadınlarını Dağlıq Qarabağı "müdafiə" etməyə dəvət edir. Təlim yerlərindən çəkilmiş şəkillər isə Paşinyanın inqilab diktaturasının, Ermənistanın hərbi təcavüzünün mahiyyətininın sübut edir. Əgər Ermənistanda qadınlar da müharibəyə hazırlaşırlarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar?
Baxış sayı: 681
Bölməyə aid digər xəbərlər
Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.














