22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Millət vəkili Livan ermənilərinin işğal edilmiş ərazilərə köçürülməsi məsələsini qaldırdı
Tarix: 07-09-2020 20:08 | Bölmə: Siyasət

                   Millət vəkili Livan ermənilərinin işğal edilmiş ərazilərə köçürülməsi məsələsini qaldırdı


Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar and məcburi köçkünlər komitəsinin 7 sentyabr görüşündə Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz köçürülməsi məsələsini qaldırıb.
"Qafqazinfo" xəbər verir ki, Beyrutda baş vermiş partlayışdan sonra yaranmış humanitar böhran səbəbindən dünya ictimaiyyətinin Livana dəstəyi fonunda Ermənistan siyasi rəhbərliyinin həlak olmuş insanların acıları üzərində siyasi oyun quraraq öz işğal siyasətini daha da möhkəmlətməyə çalışması AŞPA nümayəndə heyətlərinin diqqətinə çatdırılıb.
İclasda Ermənistan nümayəndə heyətindən də millət vəkili olmasına və moderator tərəfindən Ermənistana cavab haqqı verilməsinə rəğmən erməni vəkil Tatevik Hayrapetyan faktlar qarşısında susmağa məcbur olub.



Baxış sayı: 502


Bölməyə aid digər xəbərlər