Bütün xəbərlər
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoru töhmət aldı
Tarix: 03-09-2020 15:59 | Bölmə: Siyasət

                 Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoru töhmət aldı


AMEA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir vəzifəli şəxs cəzalandırılıb.
"Qafqazinfo" xəbər verir ki, avqustun 18-də Novxanıda baş tutan toy mərasimində Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova da iştirak edib. Xüsusi karantin rejimi qaydalarını pozduğuna görə ona Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.
Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır.

             


Baxış sayı: 518


Bölməyə aid digər xəbərlər