Bütün xəbərlər
Deputat: NATO-nun Azərbaycana münasibəti tərəfdaşlıq və əməkdaşlıqda özünü göstərir
Tarix: 24-11-2017 08:21 | Bölmə: Siyasət
NATO ilə Azərbaycan arasında səmimi münasibətlər mövcuddur.
Bu barədə Trend-ə açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.
Millət vəkili bildirib ki, bu münasibət tərəfdaşlıq və əməkdaşlıqda özünü göstərir: "Azərbaycanın NATO tərkibində Əfqanıstanda fəaliyyət göstərməsi, Qərb dəyərlərinə üstünlük verməsi NATO-da Azərbaycan haqqında oturuşmuş bir imic formalaşdırıb. Və hesab edirlər ki, Azərbaycanla münasibətlər çox yüksək səviyyədə qalmalıdır".
F.Quliyevin sözlərinə görə, bəzi Qərb ölkələri Azərbaycan - NATO, Azərbaycan - ABŞ, Azərbaycan - Aİ münasibətlərini pozmaq istəyirlər: "Amma göründüyü kimi, hər iki tərəf sayıqdır, səmimi münasibətlər qorunur, Azərbaycana böyük etimad göstərilir. Prezident İlham Əliyevin NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakı dövlət başçısının nüfuzundan irəli gəlir".
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.



Baxış sayı: 824


Bölməyə aid digər xəbərlər