Bütün xəbərlər
Tramp NASA rəhbəri vəzifəsinə namizədin dəyişdiriləcəyini açıqlayıb
Tarix: 01-06-2025 11:01 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) rəhbəri postuna ABŞ-ın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın yaxın müttəfiqi, Draken International özəl kosmik şirkətinin təsisçisi, milyarder Jared İsaakmanın namizədliyini dəyişdirdiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağ Ev rəhbəri yeni namizədin adını çox tezliklə açıqlayacağına söz verib.
"Mən Jared Isaacmanı NASA rəhbəri vəzifəsindən geri götürürəm. Tezliklə yeni namizədin adını çəkəcəyəm... o, Amerikanı kosmosda birinci edəcək", - Tramp "Truth" sosial şəbəkəsində yazıb.
Bəzi Amerika KİV-ləri anonim mənbələrə istinadən Trampın demokratların tanınmış simalarına ianə etdiyi üçün İsaakmanın namizədliyini geri götürmək qərarına gəldiyini irəli sürüb.
Amerika prezidenti İsaakmanı 2024-cü il dekabrın 4-də NASA rəhbəri vəzifəsinə təklif edib. Tramp o zaman bu iş adamını liderlik qabiliyyətinə görə seçdiyini bildirib və kosmos agentliyinin rəhbəri kimi sənayeyə “kəşf və ilham” və yenilik gətirəcəyini deyib.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər