Bütün xəbərlər
Vitkoff ABŞ-ın Qəzzada atəşkəs təklifinə Həmas-ın cavabını qəbuledilməz adlandırıb
Tarix: 01-06-2025 11:07 | Bölmə: Dünya

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, Fələstinin HƏMAS hərəkatının ABŞ-ın Qəzzada atəşkəs təklifinə cavabı qətiyyən qəbuledilməzdir və tərəfləri danışıqlara qaytarır, RİA Novosti xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vitkoffun vurğuladığına görə, Həmas gələn həftəyə planlaşdırılan danışıqlar üçün əsas kimi Vaşinqtonun mövqeyini “qəbul etməlidir”.
"Mən HƏMAS-ın ABŞ-ın təklifinə cavabını aldım. Bu, tamamilə qəbuledilməzdir və bizi yalnız geri çəkir", - Vitkoff H sosial şəbəkəsindəki səhifəsində yazıb.
Daha əvvəl "Reuters" xəbər vermişdi ki, Həmas vasitəçilər vasitəsilə Qəzzada atəşkəslə bağlı Vitkoffun təklifini qəbul edib.Təklifdə 70 günlük atəşkəs və 10 israilli girovun azad edilməsi nəzərdə tutulurdu, lakin sonradan xüsusi nümayəndə bu məlumatı təkzib edib.



Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər