Bütün xəbərlər
Sumqayıtda ustad xanəndə Aqil Məlikovla görüş keçirildi-VİDEO+FOTOLAR
Tarix: 28-05-2025 18:32 | Bölmə: Mədəniyyət

Aqil Məlikov: "Sumqayıt şəhəri mənim üçün çox doğma yerdir"


Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzində 4 saylı Diyarşünaslıq klubu tərəfindən 28 May Müstəqillik Gününə həsr olunan "O səda ki...onun adı muğamdır" adlı musiqili gecə keçirildi. 
                           
                           
                           
                           
Aparıcı Adil Səfərov milli sərvətimiz sayılan muğam haqqında və gecənin qonaqları: Əməkdar incəsənət xadimi Aqil Məlikov və Beynəlxalq Muğam Mərkəzinin solisti Hüseyn Məlikovun yaradıcılığından söhbət açdı. Xanəndələr Aqil Məlikov,  Hüseyn Məlikov, Vüqar Nəcəfov və qəzəlxan-şair, xanəndə Səlim Nəsirli gözəl ifaları ilə muğamsevərlərin rəğbətini qazandılar.
                          
                          
                          
                          
Ustad xanəndə Aqil Məlikov çıxışında deyib: "Yeddi il bundan qabaq burda bir tədbir oldu.Onda pilləkənləri bundan yaxşı çıxırdım.Vaxt keçib zaman keçib.Sizi salamlayıram. Q qədər sevincim var, fərəhli hisslər yaşayıram. İnşallah maraqlı görüş olacaq.Sumqayıt şəhəri mənim üçün çox doğma 

                          
                          
                          
                          
yerdir.Sağ olsunlar bizim milli dəyərlərimizə uyğun gələn belə tədbirlər keçirirlər.Bizim ədəbiyyatımız, musiqimiz, mədəniyyətimiz o qədər böyükdür ki, Bu mədəniyyət  dünyada nə olur olsun parlayacaq.Zülmətdə bir işıq, nur parlayan kimi parlayacaq Bu gün Sumqayıtda görüş çox gözəldir". 
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az

               
               






Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər
7-04-2025, 15:17 Yeni rəis o oldu - Foto