Bütün xəbərlər
Polşada prezident seçkilərinin ikinci turunda müxalifətin namizədi Navroçki qalib gəlib
Tarix: 02-06-2025 09:00 | Bölmə: Dünya

Polşada keçirilən prezident seçkilərinin ikinci turunda müxalifətin mühafizəkar “Hüquq və ədalət” fraksiyasının namizədi Karol Navroçki qalib gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli TVP İnfo telekanalı ölkənin Dövlət Seçki Komissiyasına istinadən məlumat yayıb.
Məqalədə siyasətçinin 50,9 faiz səs topladığı bildirilir.
Vətəndaşların 49,1%-i hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Trzaskovskiyə səs verib.
İyunun 1-i axşam saatlarında Trzaskovski-nin 50,3% səslə öndə olduğu, Navroçkinin isə 49,7% səs topladığı bildirilib.



Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər